Accessibility links

Yaponiya İrana nüvə proqramı və Rusiyaya hərbi yardımı ilə bağlı narazılığını çatdırır


Yaponiya İranın uran zənginləşdirməsindən və Ukraynaya hücum etmiş Rusiyanı dronlarla təchiz etməsindən narahatlığını ifadə edib.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşı bu məsələləri iranlı həmkarı Hüseyn Abdollahiyanın Tokyoya səfəri zamanı qaldırıb.

Yaponiya xarici işlər nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, Hayaşi İranı bu məsələlərdə konstruktiv davranış sərgiləməyə çağırıb, lakin əlavə təfərrüata varılmayıb.

İranın təchiz etdiyi pilotsuz uçan apparatalar Rusiyanın Ukraynaya qarşı müharibəsində önəmli yer alıb.

Rəsmi Tehran ilk öncə Rusiyaya dron verdiyini inkar edib, lakin sonradan bu dronların Rusiyaya müharibədən əvvəl satıldığını bildirib.

Lakin İran-istehsallı dronların müharibədə istifadə praktikası bomba daşıyan apparatların müntəzəm şəkildə Rusiyaya çatdırıldığını göstərir.

İyun ayında Ağ Ev bildirib ki, İran Rusiyanın dronlar istehsal etmək üçün Moskvanın şərqində inşa edilən obyektini lazımi materallarla təchiz edib.

ABŞ-ın yaxın müttəfiqi və Böyük Yeddilərin üzvü olan Yaponiya Moskvaya tətbiq edilən sanksiyalara qoşulub. Eyni zamanda Tokyo müharibə dönəmində Ukraynanı humanitar yardımla və qeyri-ölümcül müdafiə avadanlığı ilə təchiz edib.

Hayaşi həmçinin İranın nüvə proqramını genişləndirməsindən ciddi narahatlığını bildirib. O, Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam və qeyd-şərtsiz əməkdaşlığa səsləyib.

Forum

XS
SM
MD
LG