Accessibility links

İranlı parlamentar: "İffət və Hicab qanun layihəsinə ictimai dəstək yoxdur"


Tehran
Tehran

İran parlamentindəki Hicab və İffət qanun layihəsi parlamentin ümumi iclasında təsdiqlənmək əvəzinə komissiyalardan birində təsdiqlənəcək. Bu qanun layihəsi 70 maddədən ibarətdir və deyilir ki, bu səbəbdən də ən qısa müddətdə təsdiq olunması üçün parlamentin xüsusi komissiyasına göndərilib. Bu qanun layihəsi parlamentin ümumi iclasında dəyərləndirilməsi və təsdiqlənməsi üçün ən azı iki ay vaxt lazımdır.

Qanun layihəsi əvvəlcə 9 maddədən ibarət məhkəmə sistemi tərəfindən hökumətə təqdim edilib, hökumət isə ona bəzi maddələr əlavə edərək 15 maddə ilə parlamentə təqdim edib. 15 maddəli qanun layihəsi parlamentin məhkəmə-hüquq komissiyasında 70 maddəyə qədər genişləndirilib. İran qanunlarına görə, bu qanun layihəsi parlamentin komissyalarından birində yoxlanıb və təsdiq ediləcək.

Bu qanun layihəsinə həm təsdiqlənmə prosesi həm də məzmununa İran parlamentində də tənqid edənlər var. Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhərinin İran parlamentindəki millət vəkili Qulamrza Nuri Qızılca “Khabaronline” internet saytı ilə son söhbətində bu qanunun məzmunundan əlavə, bu qanun layihəsinin parlamentə təqdim olunması şərtlərini də tənqid edib.

Onun sözlərinə görə, bu qanun layihəsi parlamentin xüsusi komissiyasında 8 nəfərin səsi ilə qanuna çevrilə bilər. Onun sözlərinə görə, 70 maddədən ibarət bu qanun layihəsi indiki millət vəkillərinin 288 səsi əvəzinə bu komissiyada 8 nəfərin səsi ilə qanuna çevrilə bilər ki, bu da çox mühüm və əsaslı problemdir.

Nuri Qızılca həmçinin "Rouydad24" xəbər saytı ilə söhbətində bu 70 maddəlik qanun layihəsinin məzmununu da tənqid edib. O bildirib ki, bu qanun layihəsinə əsasən, “küçədən tutmuş, ictimai nəqliyyata kimi hər yerdə kameralar quraşdırılmalı və əgər işyerləri hicabsız qadınlara xidmət göstərirsə, işyeri sahibi 2-6 aylıq gəlir miqdarına kimi cərimə ödəməsi nəzərdə tutulur. İnsanların narazılığını artıran sərt tədbirlər bu qanun layihəsində yer alıb”.

O, toplum bu qanun layihəsi ilə razılaşmadığını ifadə edərəki deyib ki, "Parlamentdə aparılan danışıqlarda və mübahisələrdə xalqın rəyinin yeri yox idi. Davamlı olaraq polisin, hökumətin, məhkəmənin və parlamentin bu planla razılaşdığı haqda danışılırdı! 70 maddədən ibarət bu qanun layihəsinin cəmiyyətdə nə qədər populyar olduğunu heç kim danışmır. Fikrimcə, bu qanunun heç bir ictimai dəstəyi yoxdur."

Bostanabad millət vəkili bu qanun layihəsinin təsdiq edilməməsini və ötən ilki kütləvi etiraz aksiyaların təkrarlanmamasını ümid edib.

Bu qanun layıhisının parlamentdə tezlıkli təsdiqləməsi ilə razılaşan İran parlamentinin bəzi üzvləri bunu ölkədəki dindar icmanın tələbi kimi qiymətləndirir və tezliklə onun təsdiqini tələb edirlər.

Ötən il Məhsa Amini adlı gənc qadının məcburi hicab qaydalarına əməl etməyəndən sonra həbs edilməsi, daha sonra o, həbsdə ikən polis qüvvələrinin zorakılığı nəticəsində sentyabrın 16-da həyatını itirməsi və ardından davamlı genişmiqyaslı etiraz aksiyalarından sonra ölkənin müxtəlif şəhərlərində bir çox qadın və qız bir cür hakimiyyətə qarşı vətəndaş itaətsizliyi olaraq, ictimai yerlərdə baş örtüsüz gəzib-dolaşmağa davam edir.

Forum

XS
SM
MD
LG