Accessibility links

İranın Kərəc və Həmədan həbsxanalarında dörd məhbus edam edilib


Kərəc həbsxanası
Kərəc həbsxanası

İranın Əlborz vilayətinin mərkəzi olan Kərəcdə daha üç məhbus narkotiklə bağlı ittihamlarla edam edilib. Həmçinin Həmədan həbsxanasında bir məhbus həmin ittihamlarla bağlı edam edildiyi bildirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, bu edamlar Kərəc Mərkəzi həbsxanasında həyata keçirilib. Həmçinin edam hökmünün icrası üçün daha üç məhbus bu həbsxananın təkadamlıq kameralarına köçürüldüyü bildirilir.

Həmədan həbsxanasında narkotiklə bağlı ittihamlarla avqustun 9-da edam edildiyi bildirilən məhbusun adının “Əhəd Haşimi” olduğu HRA agentliyi tərəfindən təsdiqlənib. Həmin gün bir məhbus daha Həmədan həbsxanasında edam edilmişdi. Beləliklə bu həftə Həmədan həbsxanasında edam olanların sayı 2-yə çatıb.

Ayrıca İran mediasında dərc olunan məlumatına görə, Kərəcdə əvvəllər qətl törətmək ittihamına görə edam cəzasına məhkum edilmiş məhbus zərərçəkmişin ailə üzvlərinin razılığı ilə ölüm cəzasından xilas olub.

İran mediası və məhkəmə sisteminin rəsmiləri ölkənin həbsxanalarında edam xəbərlərinin hamısını yayımlamır və bəzi hallarda edam xəbərləri gizlədilir.

İran İnsan Haqları Təşkilatının (İranhr) hesabatına görə, hazırda 2023-cü ilin əvvəlindən indiyə kimi 450 nəfər ölkədə edam edilib. Bu rəqəm keçən il üçün 582 nəfərdən ibarət olub.

Forum

XS
SM
MD
LG