Rusiya avqustun 12-də Krım yarımadası yaxınlığında Ukraynaya məxsus 20 pilotsuz uçuş apparatı vurduğunu bildirib.
Bu arada Böyük Britaniyanın Müdafiə Nazirliyi avqustun 12-də bildirib ki, Ukraynada döyüşən rus qoşunları döyüşlərə ara vermək üzrədir. Nazirlik gündəlik kəşfiyyat məlumatlarında bildirib ki, iyulun əvvəlində 58-ci Birləşmiş Silahlı Ordunun komandiri işdən azad edilib. Ehtimal edilir ki, buna səbəb onun cabadeh olduğu qüvvələrin bəzi elementlərinin “buraxılmasına” ehtiyac olduğu deməsidir.
Nazirlik bildirib ki, Rusiya ehtimal ki, hava-desant qüvvələrinin hissələrini Xerson vilayətindən Zaporijye vilayətindəki ağır döyüşlərin getdiyi Orikiv ərazisinə yerləşdirməkdədir. Məlumatda bildirilir ki, 58-ci Birləşmiş Silahlı Ordu iyun ayından döyüşlərdə iştirak edir.
Bundan əlavə, Müdafiə Nazirliyinin hesabatında bildirilir ki, hava-desant qüvvələrinin bölmələrinin gəlişi güclü atəş altında olan 70 və 71-ci motoatıcı alaylara da cəbhə xəttində fasilə verməyə imkan verəcək. Bununla belə, hesabata görə, bu addım, "çox güman ki, Ukraynanın amfibiya reydlərinin getdikcə artdığı Dnepr çayının şərq sahilində Rusiyanın müdafiəsini zəiflədəcək".
Ağ Ev bildirir ki, Avropada F-16 pilotlarının təlimi proqramları potensiala çatdığı halda bu təlimlər ABŞ-da keçiriləcək.
Ağ Evin sözçüsü Con Kirbi avqustun 11-də keçirdiyi mətbuat brifinqində bildirib ki, hərbi təyyarələrdə pilot hazırlığı prosesini sürətləndirmək, texniki xidmət və digər maddi-texniki təchizatı sürətləndirmək vacibdir.
"Təyyarələrin Ukraynada görünməsi və onların hava donanmasına inteqrasiyasına müəyyən vaxt lazımdır", deyən sözçü əlavə edib ki, “bura sadəcə təyyarələrin göndərilməsi deyil, bunanla bərabər, texniki xidmətin göstərilməsi hazırlıq, loqistika və saxlanılma səyləri daxildir.”
Kirbi qeyd edib ki, Qərb ölkələri - xüsusilə Danimarka və Niderland - ukraynalı pilotlar üçün təlim proqramının hazırlanması üzərində birgə işləyirlər və ukraynalı mütəxəssislər üçün ingilis dili hazırlığı çox vacibdir.
"Bütün texnoloji təlimatlar ingilis dilindədir və təyyarənin içindəki bütün idarəetmələr ingilis dilindədir", deyə Kirbi bildirib: “Pilot ingilis dilini ən azı baza səviyyəsində bilməlidir.”
Forum