Accessibility links

Rusiya yük gəmisinə xəbərdarlıq atəşi açıb


Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, Rusiya hərbi gəmisi Ukraynanın İzmail limanına gedən Palau bayraqlı yük gəmisinə xəbərdarlıq atəşi açıb. Nazirlik atəşlərin Sudru Okanın kapitanının döyüş gəmisinin dayanma tələblərinə məhəl qoymaması səbəbindən açıldığını bildirib.

Rusiya hərbçiləri atəş açdıqdan sonra helikopterdən yük gəmisinin üzərinə enib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya qüvvələri Sudru Okanı yoxladıqdan sonra gəmiyə İzmailə getməyə icazə verilib.

İzmail Ukraynanın kənd təsərrüfatı məhsullarının əsas ixrac marşrutudur.

Rusiya iyul ayında Qara dəniz taxıl sazişindən çıxıb.

Bu arada Stanislav kəndində iki nəfər ölüb, bir nəfər isə yaralanıb. Rusiya qoşunları keçən il Xersondan geri çəkilsələr də, həmin ərazini hədəf almaqda davam edir.

Rusiya dövlət xəbər agentliyinin məlumatına görə, Rusiya bazar günü Rusiyanın cənub-qərbindəki Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub. Ölən və dağıntılar barədə məlumat verilməyib.

Həmçinin bazar günü Britaniya müdafiə nazirliyi Rusiyanın iyunda açıq şəkildə Rusiya rəhbərliyinə qarşı üsyana çağırış edən Yevgeni Priqojinə məxsus Vaqner Qrupunu maliyyələşdirməməsi ilə bağlı “real bir ehtimalın” olduğunu bildirib.

Forum

XS
SM
MD
LG