Accessibility links

İsrail Səudiyyə elçisi üçün Qüdsdə diplomatik baza yaradılmasına yol vermir


İsrail bazar günü Səudiyyə Ərəbistanının fələstinlilər üçün yeni elçisinin Qüdsdə diplomatik bazanın olmasını istisna edib. Onun təyinatı Vaşinqtonun Ər-Riyadla rəsmi İsrail əlaqələri qurmağa çalışdığı bir vaxta təsadüf edib.

Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Nayif Əl-Sudairin şənbə günü etimadnaməsində fələstinlilərə qeyri-rezident elçi də olmaqla, genişləndirilib. Onun Əmmandakı səfirliyinin sosial şəbəkədəki paylaşımında “Qüdsdəki baş konsul vəzifəsini indi Əl-Sudairi yerinə yetirəcək” - deyə, bildirilib.

Bu, fələstinlilərin 1967-ci il müharibəsində İsrail tərəfindən işğal edilmiş və paytaxtı Şərqi Qüds olan ərazilərdə dövlət qurmaq kimi çoxdankı və indiyə qədər nəticəsiz qalmış məqsədlərinə uyğun gəlir.

İsrail Qüdsü digər dünya gücləri tərəfindən deyil, 2017-ci ildə, ABŞ-ın o vaxtkı prezident Donald Tramp dövründə tanımasından sonra öz paytaxtı hesab edir. İsrail hakimiyyəti fələstinlilərin şəhərdə diplomatik fəaliyyətinə qadağa qoyub.

Fələstin məsələsini müdafiə edən İslamın dünyaya gəldiyi Səudiyyə Ərəbistanı İsraillə rəsmi əlaqələr qurmaq istəməyib. Lakin ABŞ İsrail-Səudiyyə münasibətlərinin normallaşdırılmasını əhatə edən tarixi Yaxın Şərq razılaşmasını təşviq etməyə çalışıb.

İsrailin xarici işlər naziri Eli Kohen “Tel-Əviv 103 FM” radiosuna müsahibəsində “Bu [ƏL-Sudairi], Fələstin Muxtariyyətindəki nümayəndələrlə görüşəcək nümayəndə ola bilər” deyib.

“Biz Qüdsdə heç bir diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcəyik. Qüdsdə fiziki olaraq bir məmur olacaqmı? Biz buna icazə verməyəcəyik" - deyə, Kohen əlavə edib.

İsrailin sərtxətt sağçı hökuməti Səudiyyə Ərəbistanı ilə normallaşma sazişinin bir hissəsi olaraq, fələstinlilərə əhəmiyyətli əsaslar verməsi perspektivini heçə endirib.

Forum

XS
SM
MD
LG