Accessibility links

Seçkilərə müdaxilə iddiasında reket ittihamları Tramp üçün riskləri artırır


Seçkilərə müdaxilə iddiasında reket ittihamları Tramp üçün riskləri artırır
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Seçkilərə müdaxilə iddiasında reket ittihamları Tramp üçün riskləri artırır

Corciya ştatında böyük münsiflər məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və daha 18 nəfəri onun 2020-ci ildə məğlub olduğu seçkilərin nəticələrini ləğv etmək cəhdlərində ittiham edib. Bəzi ekspertlər Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini dəyişdirmək cəhdlərinin Amerika demokratiyası üçün təhlükə olduğunu bildirir və Corciya ştatında irəli sürülən ittihamları məsuliyyətə aparan yol olaraq alqışlayırlar. Ekspertlər eyni zamanda bildirirlər ki, son ittihamların mahiyyəti Trampla birlikdə ittiham edilən şəxslərə ona qarşı ifadə vermək üçün əlavə stimul verə bilər.

Bir çox amerikalılar Fulton dairəsinin prokuroru Fani Villisin keçmiş prezident Donald Tramp və digər 18 nəfərə qarşı 97 səhifəlik ittihamnamədəki iddiaların təfərrüatlarını öyrənmək və dinləmək üçün bazar ertəsi gec saatlara qədər oyaq qaldı.

Fulton dairəsinin prokuroru Fani Villis: “...Fulton dairəsinin böyük münsiflər məhkəməsi bu ştatda 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək məqsədilə cinayət qəsdi ilə əlaqədar 19 nəfəri Corciya qanunlarını pozmaqda ittiham edərək hazırkı ittiham aktını təqdim etdi.”

Villis Tramp və ittiham irəli sürülən digər şəxslərə məhkəməyə təslim olmaları üçün cümə günü avqustun 25-i günortaya qədər vaxt verib. Ekspertlərdən Amerikanın Səsinə bildirib ki, Villis reketçiliklə bağlı ittihamlar irəli sürdüyü üçün ittiham olunan 19 nəfərin hamısı bir qrup olaraq birləşdiriləcək.

Corciya Universitetinin professoru Antoni Maykl Krays: “Bu, bir çox cəhətdən o zəncirin başında olsanız, bu, yaxşı deyil, çünki bu, insanlara sübut təqdim etmək və sizin əleyhinizə sövdələşmələrə getmək üçün stimul verir.”

Öz növbəsində keçmiş prezident Donald Tramp sosial mediada ittihamları tənqid edərək, özünü təqsirli bilməyib və dairə prokuroru Villisi “nəzarətdən çıxmış və çox korrupsiyalaşmış” kimi xarakterizə edib.

Tramp Corciyada baş verdiyini dediyi “prezident seçkiləri saxtakarlığı” ilə bağlı hesabatı təqdim etmək üçün bazar ertəsi mətbuat konfransı keçirəcəyini bildirib. Bir neçə ştatda 60-a yaxın məhkəmənin qərarı ilə Trampın 2020-ci il prezident seçkilərində seçki saxtakarlığı ilə bağlı iddialarının etibarsız və ya əsassız olduğu müəyyən edilib.

Tramp 2024-cü il Respublikaçılar arasında partiyadan namizəd irəli sürülmək uğrunda mübarizədə açıq favorit olaraq qalır və digər namizədlər onu 2020-ci ildə Baydenin qələbəsini inkar etdiyinə görə qınamaqdan çəkinirlər.

Ekspert Larri Sabato Amerikanın Səsinə bildirib ki, 2020-ci il seçkilərinin nəticələrinin inkar edilməsi həqiqətən görünməmiş bir hadisədir.

Virciniya Universitetinin siyasi təhlilçisi Larri Sabato: “Bütün cəmiyyətlərdə olduğu kimi burada da problem ondan ibarətdir ki, baryeri aşdıqdan və presedent yaratdıqdan sonra, presedent nə qədər pis olsa da, bunu təkrar, bir də təkrar etmək daha asan olur. Və bu, Donald Trampın Amerika demokratiyası üçün qoyduğu mirasdır. O onu zəiflətdi və sarsıtdı”.

Ayova ştatında bir seçici Amerikanın Səsinə deyib ki, Trampı mühakimə etməzdən əvvəl hökmü gözləyəcək.

Libertarian seçici Rik Stüart: “Ancaq mən bunu bilirəm, [keçmiş prezident Donald Tramp] münsiflər məhkəməsi tərəfindən təqsirli bilinənə qədər o, günahsızdır. Bu, Amerikadır”.

Tramp məhkəmə proseslərini 2024-cü ilin noyabrında keçiriləcək seçkilərə qədər təxirə salmağa çalışır. Villis Corciya ştatında yaxın altı ay ərzində məhkəmənin keçirilməsini istəyir. Tramp Nyu-York, Vaşinqton və Floridada da mühakimə olunur.

Forum

XS
SM
MD
LG