Rusiya qoşunları avqustun 19-da Ukraynanın Çernihiv şəhərinin mərkəzinə zərbə endirib. Nəticədə 7 nəfərin ölüb və onlarla insanın xəsarət alıb. Bu barədə Ukrayna daxili işlər naziri İgor Klimenko bildirib.
Çernihiv meri vəzifəsini icra edən Oleksadr Lomakonun verdiyi ən son məlumata əsasən, təxminən 110 nəfər xəsarət alıb. Ölənlər arasında 6 yaşlı uşaq da var.
Daha öncə Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi məlumatda 90 nəfərin tibbi yardıma müraciət etdiyi, onlardan 10 nəfər polis əməkdaşı, 12 nəfər isə uşaq olduğu deyilirdi. 25 nəfər xəstəxanaya yerləşdirilib.
Çernihiv vilayəti icra hakimiyyətinin rəhbəri Vyaçaslav Çaus bu zərbənin ballistik raketlə edildiyini bildirmişdi.
Forum