Accessibility links

Tramp seçki nəticələrinə müdaxilə cəhdi ittihamları ilə həbs proseduruna məruz qalıb


Tramp seçki nəticələrinə müdaxilə cəhdi ittihamları ilə həbs proseduruna məruz qalıb
please wait

No media source currently available

0:00 0:03:36 0:00

Tramp seçki nəticələrinə müdaxilə cəhdi ittihamları ilə həbs proseduruna məruz qalıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun özü və digər 18 nəfərə qarşı 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə cəhdi ilə bağlı ittihamlarla əlaqədar Corciya ştatının Fulton dairəsinin həbsxanasına təslim olub.

Donald Tramp mühüm ştat olan Corciyada 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişmək məqsədilə cinayətkar sui-qəsddə iştirak etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılarkən keçmiş Amerika prezidentinin həbs edildiyi ilk foto şəkil çəkilib.

Tramp cümə axşamı jurnalistlərə deyib ki, rəqibləri onun prezidentliyə namizədliyini mane olmağa çalışırlar.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “Onların etdikləri seçkilərə müdaxilədir, seçkilərə müdaxilə cəhdləridir. Ölkəmizdə əvvəllər belə bir şey olmayıb”.

Hazırda Respublikaçılar Partiyasından 2024-cü il prezidentliyə namizədlər arasında lider olan Tramp həbsdə deyil və hələ də kampaniya aparır.

Brookings İnstitutunun təhlilçisi Eleyn Kamark: “İndi təsəvvür etdiyiniz kimi, bu, kifayət qədər çaşqınlıq yarada bilər, xüsusən də dinləmələrin qrafiki seçki cədvəli ilə eyni olduğundan”.

Tramp Nyu-Yorkda seçki kampaniyası zamanı saxtakarlıq iddiaları, Floridada məxfi sənədlərlə düzgün davranılmaması və 2021-ci ildə yanvarın 6-da ABŞ Kapitoli binasında iğtişaşlara təhrik etməklə bağlı paytaxt Vaşinqtonda irəli sürülmüş ittihamlar da daxil olmaqla, dörd ayrı iş üzrə 91 cinayət ittihamı ilə üzləşir.

Bununla belə, bəzi təhlilçilər Corciya ştatında irəli sürülən ittihamların daha çox ağırlıq daşıdığını deyirlər.

Corc Vaşinqton Universitetinin Siyasi İdarəetmə Məktəbinin direktoru Todd Belt: “Bu, onun üçün siyasi baxımdan ən ciddi məsələdir. Bunu deməyimin səbəbi isə onun seçkinin nəticəsini necə dəyişmək istədiyini əks etdirən lent yazısının olması ilə bağlıdır”.

Bu həftə Corciyada keçirilən dua mərasimində dini icmaların üzvləri Trampın mühakimə olunmasına görə dairə prokuroru Fani Uillisin vəzifəsindən uzaqlaşdırılması çağırışlarına qarşı çıxıblar.

Corciya ştatının senatoru, Qanunvericilərin Qara kokusunun sədri Tonya Anderson: “Dairə prokuroru Uillis cəsarət, dürüstlük və hüquq sistemimizin əsasını təşkil edən ədalət prinsiplərini dəstəkləmək üçün sarsılmaz sadiqlik nümayiş etdirdi. Onun keçmiş prezident Donald Trampı araşdırmaq və mühakimə etmək səyləri cavabdehlik üçün həddin olmadığına dair güclü mesaj verir”.

Keçmiş prezidentin onlarla tərəfdarı cümə axşamı məhkəmə binası qarşısında ittihamları tənqid edib.

Anton Williams, Trump tərəfdarı: “Hökumətimiz sözün əsl mənasında, hamının gözü qarşısında ədliyyə sistemini silaha çevirir. Bu dəlilikdir”.

Cinayətkar sui-qəsddə ittiham olunan 18 müttəhim arasında olan prezidentin keçmiş vəkili Rudi Culiani ittihamların əsassız olduğunu deyib: “Bu, bizim həyat tərzimiz uğrunda mübarizədir. Bu ittiham parodiyadır”.

Amma təhlilçilər çoxlu sayda adamın ittiham olunmasının Trampa qarşı işin sübuta yetirilməsində mühüm amil ola biləcəyini deyirlər.

Corc Vaşinqton Universitetinin Siyasi İdarəetmə Məktəbinin direktoru Todd Belt: “Cinayət işi üzrə bir neçə müttəhim cəlb edilən zaman onların bir çoxu işlə bağlı alacaqları cəzanı yüngülləşdirmək üçün prokurorlardan biri ilə razılaşmaq istədiklərinə qərar verə bilər. Bunu etməklə onlar prokurorda hazırda olmayan dəlilləri təqdim etmək məsələsində prokurorla razılaşmalı olacaqlar.”

Fulton dairəsinin prokuroru Fani Uillis məhkəmədən Tramp və onun işi ilə bağlı ittiham edilənlərin mühakiməsinin bu il oktyabrın 23-də başlamasını istəyib. Tramp cümə axşamı günortadan sonra verdiyi açıqlamada məhkəmə tarixinə etiraz edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG