Accessibility links

Taliban qadınların Əfqanıstan Milli Parkına girişinə qadağa qoyub


Əfqanıstanın Taliban hərəkatı qadın ziyarətçilərin milli parka gedərkən üzlərini örtməməsi və ya ənənəvi hicab geyinməməsi səbəbindən onların parka girişini qadağan edib.

Bu qadağanı Talibanın fəzilətlərin təbliği və günahın qarşısının alınması üzrə naziri Məhəmməd Xalid Hənəfi bu yaxınlarda məşhur Bənd-e-Əmir parkının yerləşdiyi mərkəzi Bamiyan əyalətinə səfəri zamanı açıqlayıb.

Hənəfi şənbə günü şiələrin azlıq təşkil etdiyi Hazara bölgəsində televiziya ilə çıxışında bildirib ki, Əfqanıstanda iki ildir ki, hicab qaydası pozulur.

Hənəfi parka səfər etdikdən sonra dini ruhanilərə və təhlükəsizlik rəsmilərinə deyib: “Qadınların Bənd-e-Əmiri ziyarət etməsi qadağan edilməlidir. Görməli yerləri gəzmək vacib deyil, hicab məcburidir”, deyə nazir təkid edib.

Əfqanıstanın yoxsul əyalətindəki park yerli və xarici turistlər arasında məşhurdur.

Hənəfinin bu açıqlaması insan haqları fəallarının reaksiyasına səbəb olub.

“Bu son qadağa Taliban tərəfindən qadın və qızların hüquqlarına qarşı davam edən və bəlkə də güclənən repressiyaların bir hissəsidir. Taliban artıq qadınlardan və qızlardan təhsil, iş və hərəkət azadlığı da daxil olmaqla çox şey alıb”, Human Rights Watch Təşkilatından Hizer Barr Amerikanın Səsinə bildirib.

“Onlar bu qadağa və eyni zamanda parklar, idman, hamam, gözəllik salonları və s. yerlərdə qadağalar vasitəsilə belə görünür, qəsdən sevinc hissini və sizi insan hiss etdirən şeyləri əlinizdən alırlar”, ABŞ-da yerləşən təşkilatın qadın hüquqları bölməsinin direktor müavini əlavə edib.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkədə İslam qanunlarının və ya şəriətin sərt şərhini tətbiq edir. Onlar qızların altıncı sinifdən sonra məktəbə getməsini qadağan edib.

Sərt xətt tərəfadı de-fakto hakimiyyət əfqan qadınlarının əksəriyyətinə dövlət işlərində, milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında işləməsinə qadağa qoyub.

Beynəlxalq ictimaiyyət məhdudiyyətləri və qadınlarla rəftarını əsas gətirərək Talibanı Əfqanıstanın qanuni hökuməti kimi tanımaqdan imtina edir.

Forum

XS
SM
MD
LG