Accessibility links

Tayvanda qasırğa səbəbi ilə minlərlə insan təxliyə, uçuşlar ləğv edilib


Bazar günü Tayvanın cənub-şərqini leysan yağış və güclü küləklə vuran Haikui qasırğası nəticəsində daxili reyslər ləğv və təxminən 4000 insan təxliyə edilib.

Haikui bazar günü günortadan sonra Tayvanın dağlıq və uzaq cənub-şərqində quruya çıxıb. Bu, son dörd il ərzində birbaşa Tayvanı vuran ilk tayfun olub.

Bölgədəki rayon və şəhərlər dərsləri ləğv edib, işçilər üçün istirahət günü elan ediblər.

Tayvan prezidenti Tsai İnq-ven təbii fəlakətlərin idarə olunması rəsmiləri ilə görüşündə deyib ki, insanlar çölə çıxmamalı, dağlara, sahilə getməməliı, balıq tutmamalı və ya su idmanı ilə məşğul olmamalıdırlar.

Yanğınsöndürmə idarəsi Hualien əyalətinin şərqində bir ağacın yük maşınının üzərinə düşməsi nəticəsində iki nəfərin yüngül xəsarət aldığını bildirib. Dağıntılar barədə bir neçə başqa məlumat var.

Paytaxt Taypeyin yalnız arabir yağış yağıb.

Haikui şənbə günü Honq-Konq və Çinin cənubundakı Quanqdonq əyalətini vuran “Saola” qasırğasından daha zəifdir.

Tayvan hökuməti bildirib ki, əsasən cənub və şərqdə 3729 nəfər təxliyə edilib. Tayvanda ətraf adalara bərə xidmətləri də dayandırılıb.

Mülki Aeronavtika İdarəsi bildirib ki, beynəlxalq uçuşlarda daha az fasilə olub, yalnız 41 uçuş bazar günü ləğv edilib.

Hərbçilər daşqınların nəticələrinin aradan qaldırılması və evakuasiya işlərinə kömək üçün əsgər və texnikanı səfərbər edib.

Tayvanın cənubunu keçdikdən sonra Haikuinin Tayvan boğazından Çinə doğru istiqamət alacağı proqnozlaşdırılır.

Forum

XS
SM
MD
LG