Accessibility links

Roma papası Çin xalqını "nəcib" adlandırıb


Roma papası Fransisk bazar günü Çin vətəndaşlarını "nəcib" xalq adlandırıb və Çindəki katolikləri "yaxşı xristianlar və yaxşı vətəndaşlar" olmağa çağırıb.

Frensisk Monqolustanın paytaxtında keçirilən mərasimin sonunda Honq-Konqun keçmiş və indiki arxiyepiskoplarını, kardinal Con Tonq Honu və arxiyepiskop Stiven Çovu danışarkən onun yanında olmağa çağırıb.

Roma papası və bu ölkənin demək olar ki, bütün katolik əhalisinin eyni otaqda toplaşması görünməmiş bir hadisə olub.

Bazar ertəsi günü başa çatan Monqolustana səfəri zamanı o, cəmi 1450 nəfər olan katolik icmasını ziyarət edir.

Şənbə günü Monqolustandan daha çox Çinə yönəlmiş kimi görünən sözlərlə Fransisk hökumətlərin Katolik Kilsəsindən qorxmamalı ollduğunu deyib. Belə ki, onun siyasi gündəmi yoxdur.

Pekin yad təsirlərin kökünü kəsməyə və Kommunist Partiyasına itaəti məcbur etməyə çalışaraq, dinin "çinliləşdirilməsi" siyasətini davam etdirir.

Vatikan və Çin arasında yepiskopların təyin edilməsi ilə bağlı 2018-ci ilin əlamətdar sazişi zəif olub, Vatikan Pekinin sazişi bir neçə dəfə pozmasından şikayətlənib.

Vatikan eyni ifadədən Vyetnam haqqında istifadə etmişdi. O, iyul ayında Hanoyda Vatikan Papa nümayəndəsinin olmasına icazə verərək münasibətləri yaxşılaşdırmışdı.

Vatikan Çindən Pekində oxşar ofisin açılmasına icazə verməsini xahiş edib.

"Vatikan rəsmiləri ümid edirlər ki, Vyetnamın iyulda qəbul edilməsi Pekini də eyni şeyi etməyə inandırmağa kömək edə bilər", diplomatlar Reuters-ə bildiriblər.

Forum

XS
SM
MD
LG