Accessibility links

Üç siyasi partiya yenidən qeydiyyata alınıb


Ədliyyə Nazirliyi (official photo)
Ədliyyə Nazirliyi (official photo)

Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasını (sədri, Arzuxan Əlizadə), Haqq Ədalət Partiyasını (sədri, Əli İnsanov) və Ümid Partiyasını (sədri, İqbal Ağazadə) yenidən qedyiyyata alıb.

Bu barədə hər üç partiya məlumat yayıb.

Bundan öncə iqtidarda olan Yeni Azərbaycamn Partiyası (sədri, Prezident İlham Əliyev), Ağ Partiya (sədri Tural Abbaslı), Vətəndaş Həmrəyliyi Patiyası (sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı) yenidən qedyiyyata alınıb.

Beləliklə Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 6-sı dövlət qeydiyyatına alınıb.

Bununla yanaşı, ölkənin aparıcı müxalifətət partiyaları hesab edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyası hələ qeydiyyata alınmayıb.

Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız 6 siyasi partiya yenidən dövlət qeydiyyatına alınıb.

Forum

XS
SM
MD
LG