Accessibility links

Ədliyyə Nazirliyi 13 siyasi partiyanı ləğv edib


Ədliyyə Nazirliyinin binası
Ədliyyə Nazirliyinin binası

Avqust ayında Azərbaycan Ədliyyə Nazirliyi 13 siyasi partiyanın ləğv edilməsi haqqında qərar qəbul edib. Bu partiyaların hamısı ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb. Digər partiyaların sənədlərində çoxsaylı səhvlər, qeyri-dəqiqliklər olduğundan yenidən düzəlişlər edilməsi üçün geri qaytarılıb.

Ədliyyə Nazirliyinin avqust ayında ləğv etdiyi siyasi partiyalar bunlardır: Qorqud Partiyası (sədri Firudin Kərimov olub), Vahid Azərbaycan Milli Birlik Partiyası (sədri Hacıbaba Əzimov olub), Azərbaycan Milli Demokrat Partiyası (sədri Qələndər Muxtarlı olub), Müstəqil Xalq Partiyası (sədri Əflan İbrahimov olub), Yeni Yol Partiyası (sədri Ramil Hüseynov olub), Milli Vəhdət Partiyası (sədri Yunus Oğuz olub), Azərbaycan Milli Dövlətçilik Partiyası (sədri Nemət Pənahlı olub), Azərbaycan Sosial Demokrat Partiyası (sədri mərhum Araz Əlizadə olub), Azərbaycan Liberal Demokrat Partiyası (sədri Fuad Əliyev olub), Azərbaycan Sosial Rifah Partiyası (sədri Əsli Kazımova olub), Azərbaycan Təkamül Partiyası (sədri Teyyub Qənioğlu olub), Birlik Partiyası (sədri Xudadat Xudiyev olub), Azərbaycan Naminə Alyans Partiyası (sədri Abutalıb Səmədov olub).

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə deyib ki, Azərbaycanda bir neçə ay əvvələdək 60-dək siyasi partiya var idi.

“Əgər statistikaya baxsaq, bu partiyaların 50-55 faizi İlham Əliyevin hakimiyyəti dönəmində, yəni 2003-cü ildən sonra yaradılan partiyalardır. Yəni, bu siyasi partiyaları özləri yaratmışdılar, indi də özləri ləğv edirlər. Zatən ləğv olunan siyasi partiyaların Azərbaycan cəmiyyətində bir önəmi, gücü, xalq arasında bir hörməti yox idi. Hətta bir çox insanlar o partiyaların bəzisinin ümumiyyətlə nə adını və sədrinin adını eşitmyib. Ona görə də bu partiyaların ləğvi heç nəyə təsir etməyəcək. Sadəcə Azərbaycan iqtidarı qabaqlar siyasi sistemin içərisində daha çox siyasi partiyalar yaratmaq qərarı vermişdi, sanki digər müxalif partiyalar o partiyaların içərisində boğulsunlar. İndi də qərar verdilər ki, bu konfiqurasiyanı dəyişsinlər və başqa rejimə keçsinlər. Bunun mahiyyəti budur”.

Təhlilçi hesab edir ki, ölkədə yeni siyasi partiyaların yaranması və ya ləğvi ümumən siyasi sistemin mahiyyətini dəyişmir.

“Ölkədəki siyasi system özlüyündə keçmiş SSRİ-dən qalma siyasi sistemdir. Sadəcə idarələrin və qurumların adlarını dəyişib milli adlarla əvəz ediblər. Amma mahiyyətcə ciddi bir şey dəyişməyib. Ən əsas dəyişməyən odur ki, hazırda Azərbaycanda hər şeyə total nəzarət var. Yəni iqtisadiyyata da, siyasətə də, hətta insanların sosial həyatına da, hər şeyə total bir nəzarət var”, Qasımov qeyd edib.

Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə deyib ki, siyasi partiyaların ləğvi siyasi sistemdə, seçki prosesində hər hansı dəyişikliyə səbəb olmayacaq.

“Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar, siyasi plüralizm, sərbəst toplaşmaq azadlığı təmin edilsəydi, birləşmək hüququ ilə bağlı problemlər olmasa idi siyasi partiyaların ləğvini ciddi qəbul etmək olardı. İndi hər kəs üçün aydınır ki, ölkədə siyasi azadlıqlar yox səviyyəsindədir. Belə bir mühitdə siyasi partiyaların özünü buraxması könüllü fəaliyyət ola bilməz. Bu daha çox təzyiq nəticəsində baş verib. Partiyaların hansı səbəbdən özünü buraxması ilə bağlı cəmiyyətdə aydın məlumat yoxdur. Həmin siyasi partiyaların cəmiyyətə verdiyi açıqlamalar da qənaətbəxş deyil. Bir çoxları qanunun onların üzərində yaradacağı təhdidləri nəzərə alaraq bu addımı atıb. Bəziləri açıq ifadə edir ki, təhdidlərlə üzləşiblər. O baxımdan düşünürəm ki, bu, ölkədə demokratiyanın geriləməsini göstərən bir amildir”, o qeyd edib.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG