Accessibility links

Türkiyə və Yunanıstan danışıqların bərpasına dair razılıq əldə edib


Yunanıstan və Türkiyənin xarici işlər nazirləri çərşənbə axşamı günü iki NATO müttəfiqi arasında onilliklərdir mübahisədə olan əlaqələri yaxşılaşdırmaq səyləri çərçivəsində ölkələri arasında yüksək səviyyəli təmasları bərpa etmək və məsələlərə "yeni yanaşmalar" axtarmaq barədə razılığa gəliblər.

Yunanıstanlı Giorqos Herapetritis ilə türkiyəli Hakan Fidan arasında danışıqlar daha mehriban şəraitdə keçib. Yunanıstan bu ilin əvvəlində baş vermiş dağıdıcı zəlzələdən sonra Türkiyəyə yardım göndərib. Türkiyə isə Yunanıstanda baş vermiş ölümcül dəmir yolu qəzasından sonra başsağlığı verib.

Fidan danışıqlardan sonra jurnalistlərə bildirib ki, "Yunanıstanla münasibətlərimizdə yeni müsbət dövrə qədəm qoyduq. Problemlərimizin iki qonşu və müttəfiq arasında konstruktiv dialoq yolu ilə həll ediləcəyinə inamımızı bir daha təsdiqlədik”.

Görüş iqtisadi tənəzzüldə olan Ankaranın Qərb ölkələri ilə gərgin münasibətlərini bərpa etməyə çalışdığı bir vaxta təsadüf edir. Bu, iyulda Vilnüsdə NATO sammiti çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında nadir görüşdən sonra baş verir.

İki nazirin açıqladığı yol xəritəsinə görə, Mitsotakis və Ərdoğan sentyabrın 9-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində yenidən görüşəcək. Sentyabrın 18-də, ardınca isə oktyabrda yüksək səviyyəli rəsmilərin görüşü təşkil ediləcək.

Tərəflər etimadın möhkəmləndirilməsi üzrə danışıqlar aparacaq və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının dayandırılmış iclasını bərpa edəcək.

Yunanıstan və Türkiyə Egeydəki ərazi iddiaları, Aralıq dənizinin şərqində enerji kəşfiyyatı hüquqları və Kiprin etnik bölünməsi və digər məsələlərlə bağlı fikir ayrılığına malikdir.

2020-ci ildə Yunanıstan və Kiprin eksklüziv iqtisadi zonaları olduğunu iddia etdikləri Aralıq dənizi ərazilərində kəşfiyyat qazma hüquqları ilə bağlı gərginlik artıb və bu, dəniz qarşıdurmasına səbəb olub.

İsti atmosferdə keçirilən görüş iki il əvvəl Yunanıstan və Türkiyənin əvvəlki xarici işlər nazirlərinin Ankarada birgə mətbuat konfransı zamanı ittihamlar mübadiləsi apardıqları görüşlə ziddiyyət təşkil edib.

Son illər Türkiyə Yunanıstanı müqavilələri pozaraq Egey dənizində Türkiyə sahillərindəki adalarda qoşun yerləşdirməkdə ittiham edib. Yunanıstan adaları Türkiyənin potensial hücumundan qorumaq məqsədi ilə Türkiyənin qərb sahillərində əhəmiyyətli hərbi qüvvə saxladığını deyir.

Türkiyə rəsmiləri bildiriblər ki, adaların davam edən hərbiləşdirilməsi Türkiyənin onların sahibliyini şübhə altına almasına səbəb ola bilər. Ərdoğan isə Afinaya raket göndərməklə hədələməyə qədər irəli gedib.

Keçən il Ərdoğan ABŞ-a səfəri zamanı Vaşinqtonu Türkiyəyə F-16 qırıcıları satmamağa çağıran Yunanıstan liderinə qəzəblənərək, Mitsotakisə heç vaxt danışmayacağına söz vermişdi.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG