Accessibility links

Macarıstan Azərbaycan, Türkiyə və Qətərdən qaz almaq istəyir


Trans Adiatik Qaz Boru Kəməri (Arxiv foto. Mənbə:VOA)
Trans Adiatik Qaz Boru Kəməri (Arxiv foto. Mənbə:VOA)

Macarıstan Azərbaycan, Türkiyə və Qətərlə vahid mənbədən asılılığı azaltmağa yönəlmiş sazişlər bağlayaraq, qaz mənbələrini fəal şəkildə diversifikasiya edir.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Polşada keçirilən İqtisadi Forumda deyib.

O qeyd edib ki, Avropa İttifaqının maliyyə dəstəyinin az olmasına baxmayaraq, Macarıstan qaz infrastrukturunun imkanlarını genişləndirmək üçün Cənub-Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlıq edir.

Nazir deyib ki, Polşanın Qdansk şəhərində tikilən yeni LNG terminalı sayəsində ilk dəfə olaraq təbii qaz Macarıstana şimaldan idxal edilə bilər.

“Bu inkişaf qaz təchizatının şaxələndirilməsi üçün yeni imkanlar açır, Macarıstana Polşa vasitəsilə şimaldan qaz almağa imkan verir, enerji təhlükəsizliyini artırır”, o qeyd edib.

Nazir Avropada baş verən son enerji böhranı fonunda bunun vacibliyini vurğulayıb.

Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

“Bu, ikitərəfli strateji əməkdaşlığımızda mühüm addım deməkdir. Macarıstan və Azərbaycan Macarıstanda 50 milyon kubmetr qazın saxlanmasını nəzərdə tutan qaz tədarükü sazişinin təşəbbüskarı olub və qaz axını artıq başlayıb”, o qeyd edib.

Ekspertlər bildirir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstanın MVM CEE Energy və Azərbaycanın SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcəyini bildirib.

Forum

XS
SM
MD
LG