Accessibility links

İngiltərə, Fransa və Almaniya İrana qarşı nüvə və raket sanksiyalarını qüvvədə saxlayır


Böyük Britaniya, Fransa və Almaniya cümə axşamı Yaxın Şərq ölkəsinin atom proqramı və ballistik raketlərin inkişafı ilə əlaqədar İrana qarşı sanksiyalarını davam etdirəcəklərini açıqlayıb.

Tehranla dünya qüdrətləri arasında qüvvəsini itirmiş nüvə sazişində qeyd olunan cədvələ əsasən tədbirlər oktyabr ayında başa çatmalıdır.

Birgə bəyanatda E3 kimi tanınan və nüvə sazişi üzrə danışıqlara kömək etmiş üç Avropa müttəfiqi Birgə Kompleks Fəaliyyət Planı və ya JCPOA kimi tanınan sazişə əsasən “İranın razılaşmanı ardıcıl və ciddi şəkildə yerinə yetirməməsinə birbaşa cavab olaraq” sanksiyaları saxlayacaqlarını bildirib.

Tədbirlər İrana nüvə silahı çatdıra bilən ballistik raketlər hazırlamağı qadağan edir və hər kəsə dron və raketləri İrana və İrandan almağa, satmağa və ya ötürməyə qadağa qoyur.

Bu, İranın nüvə və ballistik raket proqramında iştirak edən bir neçə fiziki və qurumunun aktivlərinin dondurulmasını da əhatə edir. İran ballistik raketlər hazırlayıb sınaqdan keçirməklə və Ukraynaya qarşı müharibə üçün Rusiyaya pilotsuz təyyarələr göndərməklə sanksiyaları pozub.

E3 bildirib ki, sanksiyalar Tehran razılaşmaya “tam əməl edənə qədər” qüvvədə qalacaq. Səkkiz il əvvəlki razılaşmaya əsasən, sanksiyaların müddəti oktyabrın 18-də başa çatmalıdır.

İranın Xarici İşlər Nazirliyi ölkənin rəsmi xəbər agentliyi olan İRNA-ya istinadən verdiyi şərhdə Avropanın qərarını əməkdaşlığa mane olacaq “qanunsuz, təxribatçı hərəkət” adlandırıb. "

Avropa tərəflərinin hərəkətləri gərginliyinaradan qaldırılması və JCPOA tərəfləri arasında daha çox əməkdaşlıq üçün əlverişli mühitin yaradılması səylərinə birbaşa mənfi təsir göstərəcək", nazirlik bildirib.

2015-ci il nüvə sazişi İranın atom silahı istehsal edə bilməməsini təmin etmək məqsədi daşıyırdı. Razılaşmaya əsasən, Tehran iqtisadi sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsini nüvə enerjisi üçün lazım olan səviyyəyə məhdudlaşdırmağa razılaşıb.

2018-ci ildə ozamankı prezident Donald Tramp birtərəfli qaydada ABŞ-ı razılaşmadan çıxarıb və daha güclü bir razılaşma üçün danışıqlar aparacağını deyib, lakin bu baş tutmayıb.

Birləşmiş Millətlər Təşkilatının Nüvə Nəzarəti Təşkilatının hesabatına görə, İran bir il sonra şərtləri pozmağa başlayıb və indi uranı demək olar ki, silah səviyyəsinə qədər zənginləşdirir.

Razılaşmanın bərpası üçün yol xəritəsi əldə edilməsi üçün rəsmi danışıqlar 2022-ci ilin avqustunda iflasa uğrayıb.

Açıqlamada deyilir ki, E3 öz qərarı ilə bağlı Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrelli məlumatlandırıb. Borrell öz növbəsində, E3 məktubunu 2015-ci il müqaviləsini imzalayan digər ölkələrə - Çin, Rusiya və İrana göndərdiyini bildirib.

İran uzun müddətdir ki, heç vaxt nüvə silahı əldə etmək istədiyini inkar edir və onun proqramının tamamilə dinc məqsədlər üçün olduğunu israr etməkdə davam edir. Baxmayaraq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Mariano Qrossi Tehranın "bir neçə" nüvə silahı üçün kifayət qədər zənginləşdirilmiş uranı olduğunu barədə xəbərdarlıq edib.

Nüvə sazişinin şərtlərinə görə, BMT-nin Tehrana qarşı silah embarqosunun müddəti oktyabrın 18-də başa çatmasından sonra E3 ölkələri kimi təkbaşına oxşar sanksiyaları qəbul etməyən ölkələr-ehtimal ki, Rusiya və bəlkə də Çin artıq BMT-nin İrana tətbiq etdiyi məhdudiyyətlərə tabe olmayacaq.

Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyinin bu ayın əvvəlində Associated Press tərəfindən görülən hesabata görə, İran son vaxtlar uranın zənginləşdirilməsi sürətini aşağı salıb. Bu, Tehranın ABŞ-la uzun illər davam edən gərginliyi azaltmağa çalışdığına işarə ola bilər.

Forum

XS
SM
MD
LG