Accessibility links

İqlim fəalları Berlinin tarixi qapısına boya vurublar


Sentyabrın 17-də Berlinin əsas simvollarından biri olan Brandenburq qapısına iqlim fəalları tərəfindən narıncı və sarı boya vurulub. Fəallar bunu 2030-cu ilə qədər qazıntı yanacaqlardan istifadənin dayandırılması tələblərini irəli sürmək üçün etdiklərini bildiriblər.

"Özünü "Sonuncu Nəsil" kimi təqdim edən qrupun üzvləri səhər saatlarında Brandenburq qapısının şərq tərəfindəki sütunları yanğınsöndürənlərdən narıncı boya ilə püskürtdülər" - deyə Berlin polisi əvvəllər Twitter kimi tanınan X sosial şəbəsində bildirib.

Polisin verdiyi məlumatda əlavə edilir ki, polis əməkdaşları qapıda hidravlik liftin işlədildiyini görüblər və onlar etirazçıların əlamətdar binanı daha çox boyamaqdan saxlayıblar. Hadisə yerində 14 etirazçının olduğu, onların hamısını saxlandığı və maddi zərərla bağlı araşdırmaya başlandığı bildirilir.

Almaniya 2045-ci ilə qədər tullantıları xalis sıfıra çatdırmağı hədəfləyir, lakin son iki ildə illik hədəfləri qaçırıb.

Forum

XS
SM
MD
LG