Accessibility links

Çin və Rusiya diplomatları Moskvada danışıqlar aparır


Moskvada rusiyalı həmkarı Sergey Lavrov və digər rus rəsmiləri ilə danışıqlara başlayan Çinin xarici işlər naziri Vanq Yi Çinin Rusiya ilə “strateji əməkdaşlığını” qeyd edib.

Vanq Yinin Rusiya paytaxtına səfəri prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Maltada həftəsonu onunla iki günlük danışıqlarından sonra baş verib.

Vanq Yinin Rusiya rəsmiləri ilə bazar ertəsindən başlayan danışıqlarının cümə axşamına qədər davam edəcəyi gözlənilir. O deyib ki, Rusiya-Çin əməkdaşlığı “heç kimə qarşı yönəlməyib və heç bir başqa dövlətin təsiri altında deyil.

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda geosiyasi məkanda naviqasiya etməyə çalışan Çin deyir ki, Ukrayna ərazisinə hörmət edilməlidir, lakin Qərb Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını nəzərə almalıdır.

Pekin ABŞ-ın Ukraynanı silahla təmin etməsindən də narazılığını bildirib.

Vanq Yi həftəsonu Sallivanla görüşlər zamanı Ukrayna ilə bağlı məsələləri müzakirə edib, lakin danışıqların konkret təfərrüatları açıqlanmayıb.

Tərəflər təhlükəsizlik, ticarət, texnologiya və insan haqları ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışdıqları üçün danışıqları səmimi, məzmunlu və konstruktiv adlandırıb.

Forum

XS
SM
MD
LG