Accessibility links

Çində kömür mədənində yanğın nəticəsində 16 nəfər ölüb


Yerli rəsmilərin verdiyi məlumata görə, Çinin cənubundakı kömür mədənində sentyabrın 24-də baş verən yanğın nəticəsində 16 nəfər həlak olub.

Yanğın Quizhou əyalətinin Panquan şəhərində Şanjiaoshu kömür mədənində baş verib.

Panzhou şəhər hökuməti sosial mediada bildirib ki, ilkin araşdırmaya əsasən, ölənlər konveyer kəmərinin alovlanmasından sonra sıxışıb qalanlardır.

Dünyanın ən böyük istixana qazı emissiyasının səbəbkarı olan Çinin külək və günəş enerjisi imkanlarının kütləvi şəkildə genişlənməsinə baxmayaraq, elektrik enerjisi üçün kömürdən asılılığı çoxdur.

Ölkənin kömür hasilatı sənayesi son illərdə əmək təhlükəsizliyi şəraitini yaxşılaşdırsa da, ölüm halları hələ də baş verir.

Forum

XS
SM
MD
LG