Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində partiyalarının namizədi olmaq uğrunda mübarizə aparan yeddi Respublikaçı çərşənbə günü ikinci debatda üz-üzə gələcək.
Kaliforniyadakı Ronald Reyqan Prezident Kitabxanasında keçiriləcək tədbirdə Respublikaçılar yarışında keçmiş prezident Donald Tramp iştirak etməyəcək. Sahənin böyüklüyü keçən ay Viskonsin ştatında keçirilən və Trampın qatılmadığı ilk Respublikaçı debatla eyni olacaq.
Debatda keçmiş vitse-prezident Mayk Pens, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli, Florida qubernatoru Ron DeSantis, Şimali Dakota qubernatoru Daq Burgum, Cənubi Karolina senatoru Tim Skott, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi və sahibkar Vivek Ramasvami iştirak edir.
Yeganə dəyişiklik Respublikaçı Milli Komitənin müəyyən etdiyi meyarlara cavab verməyən Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinsonun iştirak etməməsi olacaq.
Tələblərə iki milli rəy sorğusunda ən azı 3% və ya bir milli sorğuda 3% və prosesin əvvəlində namizədlik yarışını keçirən ştatlardan - Ayova, Nyu-Hempşir, Nevada və Cənubi Karolinadan iki ştat sorğusunda dəstək olmaq daxildir.
Namizədlərin ən azı 50 000 unikal maliyyə donoru olmalı idi və Respublikaçı namizəd olcaq şəxsi dəstəkləyəcəklərini bildirən sənəd imzalamalı idi.
Respublikaçılar 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkiləri ərəfəsində iyulda keçiriləcək qurultayda öz namizədlərini rəsmən seçəcəklər.
Debatda iştirak etmək əvəzinə Trampın çərşənbə günü Miçiqan ştatında birləşmiş avtomobil tədarükçüləri qarşısında çıxışı planlaşdırılır.
Onun səfəri prezident Co Baydenin bu həftə Miçiqan ştatına səfəri zamanı tətil edən avtomobil işçilərinin piketinə qoşulmasından sonraya təsadüf edir.
Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqı daha yüksək maaşlar, qısa iş həftələri və avtomobil istehsalçılarından elektrik avtomobilləri istehsal edən işlərin Həmkarlar İttifaqına birləşdiriləcəyinə dair vəd tələb edir.
Forum