Accessibility links

Türkiyə paytaxtında intiharçı bomba hücumu olub


Oktyabrın 1-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində intiharçı bomba partlayışı olub. Daxili işlər naziri bildirib ki, hücumda iştirak edən ikinci şəxs polislə atışma zamanı öldürülüb.

Hücum parlamentin üç aylıq yay fasiləsindən sonra prezident Rəcəb Tayyib Ərdoğanın müraciəti ilə açılış etməsinə saatlar qalmış baş verib.

Nazir Əli Yerlikaya əvvəllər Twitter kimi tanınan X sosial media platformasında Daxili İşlər Nazirliyinin girişi yaxınlığında baş verən hücum zamanı iki polis əməkdaşının yüngül xəsarət aldığını bildirib. Hücum edənlər hadisə yerinə yüngül ticarət maşını ilə gəliblər.

Nazir hücumun arxasında kimin olduğunu açıqlamayıb. Hücuma görə məsuliyyəti üzərinə götürən də hələ olmayıb. Kürd və ifrat solçu militant qruplar, eləcə də İslam Dövləti qrupu keçmişdə ölkənin müxtəlif nöqtəsilərində ölümcül hücumlar həyata keçirib.

Keçən il İstanbulda insanların gur piyada küçəsində törədilən partlayışda ikisi uşaq olmaqla altı nəfər həlak olmuşdu. Daha 80-dən çox yaralı var idi. Türkiyə hücumda PKK terror qruplaşmasını və ona bağlı Suriya kürd qruplarını günahlandırıb.

Forum

XS
SM
MD
LG