İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində gecə klubunda baş verən yanğında ən azı 9 nəfər ölüb. Bu barədə məlumat verən şəhər meri əlavə edib ki, xilasedicilərin yanğından sonra itkin düşmüş insanların axtarışlarını davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin X sosial media platformasında verdiyi məlumata görə, yanğın oktyabrın 1-i səhər saatlarında şəhərin kənarındakı Atalayas ərazisindəki Teatre gecə klubunda baş verib.
Mursiya şəhərinin meri Xose Ballesta jurnalistlərə daha öncə yanğın baş verdiyi birinci mərtəbədə yeddi nəfərin cəsədinin tapıldığını bildirmişdi.
“İçəridə beş ailə üzvüm və iki dostum var. Onların harada olduğunu bilmirəm” – gecə klubunun çölündə xəbər gözləyən gənclərdən biri deyib.
Ballesta ölənlər üçün üç günlük matəm elan edib. Mursiya şəhər meriyasının qarşısında bayraqlar yarıya qədər endirilib.
Merin sözlərinə görə, fövqəladə hallar xidməti yanğının səbəbini müəyyən etməyə çalışır.
Bildirilir ki, tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya yerləşdirilib.
Forum