Accessibility links

ABŞ Azərbaycan və Ermənistanı sülh danışıqlarına qayıtmağa çağırır


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

“Biz düşünürük ki, Azərbaycan və Ermənistan mütləq sülh danışıqlarına qayıtmalıdır. Dağlıq Qarabağın statusundan kənarda Ermənistan və Azərbaycan arasında mübahisəli olan başqa məsələlər də var və biz onları sülh danışıqlarına qayıtmağa, müzakirə etmək və son nəticədə bu məsələləri həll etməyə təşviq edirik.”

Bu barədə oktyabrın 2-də ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan agentliyinin sualının cavabında bildirib.

O, Qarabağda etnik təmizləmənin olub-olmaması ilə bağlı sualın cavabında deyib ki, ABŞ etnik təmizləmə, soyqırım və ya digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edir.

“Vəziyyətlə bağlı yerlərdə olan təmaslarla əlaqə saxlayırıq. Biz vəhşilik iddialarına cavab vermək və vəhşiliklərin baş verdiyinə dair sübutlar görəndə məsuliyyət daşıyanların məsuliyyətini təşviq etmək üçün müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik. Lakin həmişə olduğu kimi, soyqırım və ya etnik təmizləmə ilə bağlı qərar düşünülmüş, sübuta əsaslanan prosesə əsaslanır. Bu kürsüdən hər hansı bir yekunluq dərəcəsi ilə danışa biləcəyim bir şey deyil,” o, qeyd edib.

Miller yüz minə yaxın etnik erməninin Dağlıq Qarabağdan Ermənistana getdiyini qeyd edib.

“İndi biz bilmirik – məncə, heç birimiz deyə bilmərik – bu insanların neçə faizi Ermənistanda daimi olaraq qalmağı planlaşdırır, əgər şərait imkan verirsə, onların neçə faizi geri qayıtmaq istəyə bilər? Geri qayıdacaqları təqdirdə onlarla rəftara dair təminat veririk. Buna görə də biz Dağlıq Qarabağ əhalisinə şəffaflığı və əminliyi təmin edəcək müstəqil beynəlxalq monitorinq missiyasının yaradılmasına çağırışımızı təkrar edirik, xüsusən də qayıtmaq istəyən hər bir etnik erməninin hüquqlarının və əmlaklarının qorunacağına dair təminast verilməlidir. Azərbaycan bu zəmanətləri verib. Hesab edirik ki, onları müşahidə etmək və təmin etmək üçün orada beynəlxalq monitorinq missiyası olmalıdır,” Miller deyib.

BMT-nin Qarabağdakı missiyasının ilk hesabatına gəlincə Dövlət Departamentinin mətbuat katibi deyib ki, ABŞ ilk növbədə, bu missiyanı alqışlayır.

“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla daha uzunmüddətli missiyanın necə olacağı barədə işləməkdə davam edirik. Bu gün bununla bağlı heç bir yeniləməm yoxdur. Yerdə vəziyyət elə indicə təsvir etdiyim kimidir, burada təxminən 100 000 etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana köçüb. Biz inanırıq ki, onlar geri qayıtmaq istəyirlərsə, onların hüquqlarına hörmət edilməlidir və bunu təmin etmək üçün beynəlxalq monitorinq missiyası olmalıdır,” Miller deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG