Ukrayna Hərbi Hava Qüvvələri çərşənbə axşamı bildirib ki, Rusiyanın son gecə Ukrayna bölgələrinə hücum etdiyi 29 pilotsuz təyyarə və qanadlı raketini məhv edib.
Ukrayna hərbçiləri pilotsuz təyyarələrin əksəriyyətinin Ukraynanın cənubundakı Mikolayiv vilayətini və ölkənin mərkəzi hissəsindəki Dnepropetrovsk vilayətini hədəf aldığını deyib.
Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak bildirib ki, dağıntılar Pavlohrad şəhərindəki sənaye obyektinə ziyan vurub və Dneprdəki özəl firmada yanğına səbəb olub.
Hücumlar Avropa İttifaqının xarici işlər nazirlərinin Kyiydə görüşü zamanı Avropa İttifaqının yeni dəstək vədlərindən sonra baş verib.
Avropa İttifaqı və NATO üzvü olan Slovakiyada rusiyayönlü namizədin seçkilərdə qalib gəlməsi və ABŞ Konqresinin Ukraynaya maliyyəni müvəqqəti xərclər haqqında qanun layihəsindən çıxarmasından sonra Qərbin Ukraynaya yardımı siyasi təzyiqə məruz qalıb.
Ukrayna ordusunun əks-hücum əməliyyatı Qərb liderlərinin bağışladıqları tankların dişlərinin payız palçığından tıxaması ilə onların gözlədiklərindən daha yavaş olub.
"Bizim qələbəmiz açıq şəkildə əməkdaşlığımızdan asılıdır - birlikdə nə qədər güclü və prinsipial addımlar atsaq, bu müharibə bir o qədər tez bitəcək", Ukrayna prezidenti Vladimir Zelenski Aİ xarici işlər nazirlərinə görüş zamanı deyib.
Zelenski Ukraynanın öz xalqını və iqtisadiyyatını Rusiyanın davamlı hücumlarından qorumağa davam etdiyini, onun işğal olunmuş ərazilərini azad etməyə yönəlmiş əks-hücumunun davamlı şəkildə irəlilədiyini qeyd edib və Aİ rəhbərliyinə Ukraynanın məqsədlərinə çatmaq üçün daha çox pula, daha çox silaha və daha çox hərbi təlimə ehtiyacı olduğunu xatırladıb. O, həmçinin onlardan Rusiyaya qarşı sanksiyaları gücləndirməyi xahiş edib.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın keçən il Ukraynanın enerji infrastrukturunu bombalamasından sonra hava hücumundan müdafiə və zəmanətli enerji təchizatı da daxil olmaqla, Ukraynanı qışa hazırlamaq üçün səy göstərməyə çağırıb.
"Keçən qış biz Rusiya prezidentinin bu müharibəni necə qəddar şəkildə apardığını gördük. Mümkün qədər əlimizdə olan hər şeylə birlikdə bunun qarşısını almalıyıq", Baerbok bildirib.
Fransanın xarici işlər naziri Ketrin Kolonna görüşün Ukraynanın paytaxtında keçirilməsini "Ukraynaya qətiyyətli və davamlı dəstək nümayişi" adlandırıb.
"Bu həm də Rusiyaya bir mesajdır ki, o, bizim yorulduğumuzu düşünməməlidir. Biz hələ uzun müddət orada olacağıq"- deyə, Kolonna jurnalistlərə bildirib.
Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot Rusiyanın Ukraynadakı təcavüzünə görə cavab verməli olduğunu və Rusiyaya sanksiyalarla təzyiq göstərməyin vacibliyini vurğulayıb.
"Ukrayna xalqının azadlığı üçün nə lazımdırsa, etməliyik", o deyib.
Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində 2 nəfər ölüb, uşaqlar da daxil olmaqla, azı 10 nəfər yaralanıb.
Regionun qubernatoru Oleksandr Prokudin Telegram-da Rusiya qüvvələrinin gecə ərzində yaşayış məntəqələrini, dükanları, tibb müəssisələrini və digər infrastrukturları vurduğunu bildirib.
Rusiya şərq sərhədinə yaxın Xarkiv şəhərində rəsmilər Rusiyanın tez-tez bomba və raket hücumlarına görə yeraltı məktəb tikmək planlarını açıqlayıb.
Şagidrlər təhlükələrdən qaçmaq üçün onlayn kurslardan istifadə edir və Xarkiv metro stansiyalarında görüşürlər.
Mer İqor Terexov Telegram-da bildirib ki, yeni yeraltı məktəb "minlərlə xarkivli uşağa raket təhdidləri zamanı belə təhsillərini təhlükəsiz davam etdirməyə imkan verəcək".
Forum