Accessibility links

ABŞ-ın ən "xoşbəxt" və ən "bədbəxt" ştatları


Mənbə: WalletHUb
Mənbə: WalletHUb

Pul xoşbəxtliyi satın almaya bilər, lakin ABŞ-ın ən xoşbəxt və ən bədbəxt ştatlarının yeni təhlili göstərir ki, nağd pul çatışmazlığı bir insanın bədbəxtliyinə səbəb ola bilər.

Virciniyaştatının Frederiksburqdakı Meri Vaşinqton Universitetinin psixologiya üzrə professoru Miriam Liss: "Pul və xoşbəxtlik haqqında olan şey ondan ibarətdir ki, varlı olmaq sizi getdikcə daha çox xoşbəxt etmir, lakin yoxsulluğu yaşamaq sizi mütləq bədbəxt edə bilər".

O əlavə edib ki, insanların sığınacaq, qida, geyim, təhlükəsizlik, sağlamlıq və nəqliyyat kimi əsas ehtiyaclarını qarşılamaq çətin olur.

Bütün 50 ştatda xoşbəxtlik səviyyələrini qiymətləndirmək üçün şəxsi maliyyə şirkəti WalletHub üç əsas amili nəzərdən keçirib: emosional və fiziki rifah, iş mühiti, cəmiyyət və ətraf mühit.

WalletHub-ın təhlilinə görə, Yuta, Havay, Merilend, Minnesota və Nyu Cersi ən xoşbəxt ştatlar olub.

WalletHub ən bədbəxt ştatları Arkanzas, Kentukki, Luiziana, Tennessi və Qərbi Virciniya kimi müəyyən edir.

Təhlil göstərib ki, amerikalıların yalnız yarısı şəxsi həyatlarından “çox razı”dır.

Forum

XS
SM
MD
LG