Accessibility links

ABŞ rəsmisi Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib


Lui Bono və Ceyhun Bayramov
Lui Bono və Ceyhun Bayramov

Oktyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono regiondakı durumu müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

XİN mətbuat xidməti həmçinin Bayramovun Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verdiyini bildirir.

Görüş barədə Lui Bononun ofisi hələ məlumat yaymayıb. Görüş barədə həmçinin Ermənista tərəfi şərh verməyib.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG