Accessibility links

İsraildə azərbaycanlı zabit həlak olub


Emin Axundov (Mənbə: Facebook)
Emin Axundov (Mənbə: Facebook)

Oktyabrın 9-da İsraildə HƏMAS militantları ilə döyüş zamanı Beer-Şeva şəhərindən olan polis zabiti Emin Axundov həlak olub.

Emin Axundov əslən Azərbaycanın Sumqayıt şəhərindəndir. İsrailə köçdükdən sonra təhsil alıb və polisə işə qəbul edilib. Ailəsilə birlikdə Beer Şeva şəhərində yaşayıb.

Həmasın İsrailə hücumdan sonra müharibəyə çağırılıb. Qəzza zolağı yaxınlığında yaşayış məntəqələrinin terrorçulardan azad edilməsi zamanı həlak olub.

Azərbaycanlı zabitin həlak olması faktının Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Amerikanın Səsinə təsdiq edib. Nazirlik Emin Axundovun Azərbaycan vətəndaşlığı olmadığını bildirib.

Azərbaycanın İsrailədki səfirliyi isə indiyədək Azərbaycan vətəndaşlarının həlak olması və xəsarət alması barədə məlumatın daxil olmadığını bildirib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsraildə 75 min azərbaycanlı yaşayır.

Forum

XS
SM
MD
LG