Accessibility links

Seymur Həzi: ABŞ Azərbaycan üçün mühüm bir tərəfdaşdır


Seymur Həzi
Seymur Həzi

AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərindən danışıb.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi postsovet məkanının müxtəlif hissələrində geopolitik rəqabəti gücləndirib. Qərb dünyası, o cümlədən ABŞ keçmiş respublikalarla əlaqələri fəallaşdirmaq əzmində görünür. Bu gərgin durumda Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərini necə görürsünüz?

Seymur Həzi: Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan və ABŞ münasibətlərinin 30 illiyi qeyd olundu. Azərbaycan öz müstəqilliyinin əsas dostlarından və qarantı kimi ABŞ-ı görür. Hesab edir ki, regionda bu mürəkkəb vəziyyətdə ABŞ kimi bir tərəfdaşın olması Azərbaycan üçün xeyli dərəcədə vacibdir. Azərbaycanın sülh və barış içərisində yaşaması və inkişaf etməsi üçün, insan haqları və demokratiyanın inkişaf etməsi üçün ABŞ ilə tərəfdaşlıq etməsi son dərəcə vacibdir. Mən düşünürəm ki, gələcək perspektivdə Azərbaycanda güclü bələdiyyə sisteminin yaranmasında ABŞ-ın töhfələri olacaq.

Seymur Həzi: ABŞ Azərbaycan üçün mühüm bir tərəfdaşdır
please wait

No media source currently available

0:00 0:07:12 0:00

Amerikanın Səsi: ABŞ Azərbaycanla münasibətlərində enerji, təhlükəsizlik və dermoktratiya prioritetlərini qoruya bilirmi? Bu prioritetelər münasibətlərin perspektivində özünü doğrulda biləcəkmi? Prioritetlərə yeni şərtlər əlavə edilə bilərmi?

Seymur Həzi: Mən düşünürəm ki, ABŞ bir parametr üzrə Azərbaycanda tənqid olunur və bu parametr ondan ibarətdir ki, Azərbaycan vətəndaş cəmiyyəti və demokrtiyadan yana olan siyasi qüvvələr hesab edirlər ki, ABŞ enerji və demokratiya məsələlərində bir qədər yerdəyişmə etməlidir. Demokratiya və insan haqları, şəffaflıq məsələləri önə çəkilməlidir və bundan sonra təhlükəsizlik və enerji məsələləri əsas olmalıdır. Çünki əgər şəffaflıq və demokratiya yoxdursa, azad cəmiyyət qurmaq çətinləşirsə bu istiqamətdə işlər ləngiyirsə, o zaman təhlükəsizliyin özü təhlükə altına düşür. Bu baxımdan da düşünürük ki, ABŞ Azərbaycanda növbəti dövrdə prioritetlərini seçərkən demokratiya, insan haqları məsələlərini, bunun ardınca təhlükəsizlik məsələlərini seçəcək. Enerji məsələlərinə gəldikdə isə ABŞ Azərbaycanın tərəfdaşıdır. Bu məsələdə mən düşünümürəm hansısa bir yenilik olsun. ABŞ öz yerini kiməsə verməməlidir.

Amerikanın Səsi: Bir vaxtlar Amerika İpək yolu strateqiyasını təqdim edərək regionun nəqliyyat imkanlarının inkişfını dəstəkləyirdi. İndi bu məsələ ABŞ üçün əvvəlki kimi əhəmiyyətlidirmi?

Seymur Həzi: G 20-nin axrıncı sammitində ABŞ, Hindistan, Ərəb Əmirlikləri və Sudiyyə Ərəbistanı birlikdə bir format imzaladılar. Bu formata görə, artıq Hindistandan Yunanıstana gələn bir yoldan söhbət gedir. Bu ənənəvi İpək yolu məsələsində ABŞ-ın bir tərəddüd içərisində olduğunu göstərdi. Ancaq bu o demək deyil ki, Azərbaycan bu məsələlərdən kənarda qalacaq. Çünki Azərbaycan Cənubi Qafqazın hər iki ölkəsi ilə birgə Avropa İttifaqının siyasi xəritəsində olan bir ölkədir. Avropa İttifaqı da həmin yeni layihənin əsas tərəfdaşlarından biridir. Bu baxımdan mən düşünürəm ki, Azərbaycan özünün daxili islahatlarını aparmaqla seçkilər, demokratiya, bələdiyyə quruculuğu, azad ticarət məsələsini həll etməklə həmin yeni layihənin əsas tərəfdaşlarına çevrilə bilər. Yox Azərbaycan doğrudan da bu prosesdə maraqlı olmasa və ABŞ-la münasibətlərində özünü ləng aparsa, mən düşünürəm ki, bu Amerika üçün də bir qədər tərəddüdlər yaradacaq. Ancaq bununla belə mən düşünürəm ki, Cənubi Qafqazın hazırki konyukturasına baxanda ABŞ kimi bir tərəfdaşla daha sıx işləməlidir. Azərbaycanda bir an öncə azad iqtisadi rəqabətin, bələdiyyə sisteminin və siyasi azadlıqların bərqərar olması üçün əlindən gələni etməlidir ki, yeni və daha uğurlu layihələrdə birgə iştirakımız mümkün olsun.

Amerikanın Səsi: Bölgənin geopolitik əhəmiyyəti artdığı bir vaxtda ABŞ əvvəlkitək insan hüquqları və demokratiyanın dəstəklənməsinə sadiq qalacaqmı, yoxsa bu məsələlər daha arxa plana keçəcək?

Seymur Həzi: Bilirsiniz, mən ABŞ adından bir proqnoz irəli sürə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bölgəmizdə və dünyada baş verən son hadisələr, xüsusilə post-sovet məkanında baş verən hadisələr onu göstərdi ki, insan haqları və demokratiya məsələsi yenidən ön planda olmalıdır. Yalnız azad və açıq cəmiyyətlər güclüdürlər və imunitetlidirlər, həm avtoritarizmə qarşı mübarizədə, həm korrupsiyaya qarşı mübarizədə, həm transmilli cinayətkarlığa qarşı mübarizədə bu istiqamətdə vətəndaş cəmiyyəti, güclü media və siyasi partiyalar önəmlidir. Azad və ədalətli məhkəmə çox önəmlidir. Mən düşünürəm ki, ABŞ şirkətlərinin Azərbaycana gəlməsi və burada investisiyalar qoyması üçün Azərbaycanda azad və ədalətli məhkəmə mühiti bir an öncə düzəlməlidir və dediyiniz kimi insan haqları məsələsi də arxa planda olmamalıdır.

Amerikanın Səsi: Azərbaycan regional güclər tərəfindən basqılarla üzləşərsə ABŞ-ın dəstəyinə ümid edə bilərmi?

Seymur Həzi: ABŞ Azərbaycan üçün mühüm bir tərəfdaşdır. ABŞ bunu dəfələrlə elan edib. ABŞ Dövlət Departamenti ayrı-ayrı vaxtlarda bu məsələ ilə bağlı mövqeyini bildirib. İranın Azərbaycan sərhədlərində təlim keçdiyi vaxtlarda və Azərbaycana aqressif ritorika ilə xitablar etdiyi bir dövrdə Cənab Blinken bildirmişdi ki, Azərbaycanın sərhədlərini qorumaq vacibdir. Bu qədər açıq ifadə bildirmişdir. Mən düşünürəm ki, bu gün çox təəssüflər olsun ki, keçən bir neçə gün ərzində Azərbahycan regionda hansısa qaranlıq qüvvələrlə, hansısa hərbi təlimlərə başlayıb. Bu ABŞ-Azərbaycan münasibətlərinə kölgə gətirməməlidir. Azərbaycan höküməti də bu məsələni götür-qoy etməlidir ki, onun əsas tərəfdaşları kimdir. Azərbaycanın ərazi bütövlüyündən, müstəqilliyindən yana olan ölkələr kimlərdir. İlk növbədə düşünürəm ki, bu ABŞ və onun kimi Azərbaycana yaxın müttəfiqləridir.

Forum

XS
SM
MD
LG