ABŞ Nümayəndələr Palatası birinci turda uğursuzluqdan sonra spiker üçün yenidən səs verib. Bu dəfə də Respublikaçı Cim Cordan ikinci səsvermədə Nümayəndələr Palatasının spikeriliyinə lazımi səsi toplaya bilməyib.
ABŞ Konqresinin Nümayəndələr Palatasında çərşənbə axşamı günortadan sonra keçirilən səsvermədə Nümayəndələr Palatasının spikerii vəzifəsinə ən son Respublikaçı namizəd Cim Cordan təsdiq əldə edə bilməyib.
Növbəti addımlar çox qeyri-müəyyədir. Belə ki, ikipartiyalı qanunvericilər qrupu qeyri-adi bir plan hazırlayıb. Onlar müvəqqəti spiker vəzifəsini Patrik Makhenriyə həvalə etmək və Nümayəndələr Palatasını yenidən açmaq və müvəqqəti olaraq gündəlik iş aparmaq üçün daha çox səlahiyyət vermək istəyir.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən dəstəklənən Cordan partiyasını namizədliyi arxasında tam birləşdirmək cəhdi ilə çərşənbə axşamı başqa bir qapalı görüşdə Respublikaçı həmkarları ilə görüşüb. Bəzi Respublikaçılar onun Nümayəndələr Palatasının sədri vəzifəsi üçün həddindən artıq ifrat olmasından narahat olduqlarını bildirib.
Respublikaçıların keçmiş spiker Kevin Makkartini vəzifəsindən uzaqlaşdırmasından sonra Nümayəndələr Palatasın iki həftədir spikersiz qalıb.
ABŞ tarixində ilk dəfə olaraq, Nümayəndələr Palatasının spikeri - prezidentlik ardıcıllığında ikinci şəxs vəzifəsindən kənarlaşdırılıb.
Öz partiyasının problemi ilə üzləşən Respublikaçı Kevin Makkarti 216 əleyhinə, 21 lehinə səslə spikerliyini saxlaya bilməyib.
Nümayəndələr Palatasının üzvü Stiv Skaliz isə kifayət qədər səs toplaya bilmədikdən sonra spikerliyə namizədliyni geri götürüb.
Cordanın 217 səsə və ya Respublikaçıların 221-212 cüzi səs çoxluğu ilə nəzarət etdiyi palatanın əksəriyyətinin səsinə ehtiyacı var.
Bəzi respublikaçıların hələ də namizədi dəstəkləməkdən imtina etməsi ilə səsvermənin daha bir raundu keçiriləcək.
Forum