Accessibility links

Si: Çin fikir ayrılıqlarını aradan qaldırmaq üçün ABŞ-la əməkdaşlığa hazırdır

Çin dövlət mediasının bildirdiyinə görə, Çin prezidenti Si Cinpin çərşənbə günü deyib ki, hər iki tərəf fikir ayrılıqlarını idarə etdiyi və qlobal çağırışlara cavab vermək məqsədi ilə birlikdə çalışdığı üçün Çin Birləşmiş Ştatlar ilə əməkdaşlığa hazırdır.

“Birləşmiş Ştatlar və Çinin "düzgün" anlaşma yolunu qura bilib-bilməməsi dünya üçün çox vacib məsələdir”, Si Nyu-Yorkda yerləşən ABŞ-Çin Münasibətləri üzrə Milli Komitənin illik şam yeməyinə çatdırılan məktubda bildirib.

Snin "qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qazan-qazan əməkdaşlıq" prinsipləri üzərində qurulmalı olan daha sabit ikitərəfli əlaqələrə çağırışı bu həftənin sonunda xarici işlər naziri Van Yinin Vaşinqtona mühüm səfərindən əvvəl səslənir.

Ən yüksək səviyyəli çinli diplomatın cümə axşamından şənbə gününə qədər etdiyi səfər noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində ABŞ prezidenti Co Bayden və Si arasında San-Fransiskoda gözlənilən görüşdən əvvəl ən yüksək səviyyəli şəxsi görüş olacaq.

ABŞ-ın bir sıra yüksək səviyyəli rəsmiləri, o cümlədən ABŞ Dövlət katibi Antoni Blinken bu yay Pekində çinli həmkarları ilə görüşüb. Vaşinqtonun əsas prioriteti dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərgin rəqabəti və onların ticarətdən Tayvana və Cənubi Çin dənizinə qədər bir sıra məsələlərdə fikir ayrılıqlarının münaqişəyə çevrilməməsini təmin etmək olub.

"Çinli müşahidəçilər hesab edir ki, səfər (Vanq tərəfindən) iki dövlət başçıları arasında mümkün görüş üçün zəmin yaradacaq, lakin onlar əlavə edib ki, Vaşinqton Pekinin narahatlığını aradan qaldırmaq və səmimiliyini nümayiş etdirmək üçün konkret səylər göstərməlidir", Çinin dövlət nəzarətində olan Global Times qəzeti bir şərhə istinadən yazıb.

Forum

XS
SM
MD
LG