Accessibility links

ABŞ qüvvələri Suriyadakı hədəflərə zərbələr endirib


Pat Rayder
Pat Rayder

ABŞ qüvvələri cümə günü səhər saatlarında Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.

Müdafiə naziri Lloyd Ostin verdiyi açıqlamada "bu dəqiq özünümüdafiə zərbələri İranın dəstəklədiyi militant qrupları tərəfindən İraq və Suriyada ABŞ personalına qarşı oktyabrın 17-də başlayan və əsasən uğursuz hücumlara cavabdır" deyib.

“Prezidentin ABŞ personalının təhlükəsizliyindən daha üstün prioriteti yoxdur və o, bugünkü addımı ABŞ-ın bu kimi hücumlara dözməyəcəyini və özünü, şəxsi heyətini və maraqlarını müdafiə edəcəyini aydın şəkildə bildirməyə yönəib”, o əlavə edib.

Yüksək rütbəli hərbçi jurnalistlərə bildirib ki, Əbu Kamal yaxınlığındakı silah və sursat anbarına qarşı hücumda iki F-16 təyyarəsondən istifadə edib. Rəsmilər hücumlar zamanı hər hansı itki olub-olmadığını hələlik deməyib.

Başqa bir yüksək rütbəli hərbi məmur İraq və Suriyadakı ABŞ qüvvələrinin son günlər ərzində ən azı 19 dəfə pilotsuz təyyarələr və ya raketlərlə hücuma məruz qaldığını bildirib. Amerikanın Səsi bu hücumlardan 17-ni təsdiqləyib.

Hücumların həssaslığına görə adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, pilotsuz aparat Əl-Hərir Hava Bazasının Ərbil üzərinə enib, lakin partlamayıb. Rəsmilərin bildirdiyinə görə, bir neçə saat sonra daha bir pilotsuz təyyarə Ərbildəki bazanın qarşısında partlayıb, heç bir xəsarət və dağıntıya səbəb olmayıb.

Bir rəsmi Amerikanın Səsinə bildirib ki, cümə axşamı Suriyanın şimal-şərqində daha bir hücumun Suriyanın Əl-Şəddadi şəhərindəki baza yaxınlığında iki dəfə dolayı atəşlə baş verib

Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder ABŞ qüvvələrinə hər gün edilən hücumlarda İranın dəstəklədiyi qüvvələri günahlandıran əvvəlki şərhlərini təkrarlayıb: "Biz bilirik ki, bunlar İran tərəfindən dəstəklənən militant qruplardır və əlbəttə ki, İran bu qruplara görə məsuliyyət daşıyır".

Yüksək səviyyəli müdafiə rəsmisi jurnalistlərə deyib ki, zərbələr bölgədəki ABŞ qüvvələrini müdafiə etmək məqsədi daşıyır və ABŞ-ın İsrailə hər hansı dəstəyi ilə bağlı deyil.

Təxminən 900 hərbçi qüvvə müdafiəsini artırmaq üçün ABŞ-dan Yaxın Şərqə ya yerləşdirib, ya da yerləşdirmə prosesindədir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG