Accessibility links

İran məhkəməsi ABŞ-ın 1980-ci ildə girovların xilası cəhdinə görə təzminat ödəməsi barədə hökm çıxarıb


İran məhkəməsi ABŞ hökumətinin 1980-ci ildə ABŞ səfirliyində saxlanılan girovların azad edilməsi əməliyyatının qurbanlarına 420 milyon dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

1979-cu il İslam inqilabı Qərbin dəstəklədiyi şahı devirdikdən qısa müddət sonra iranlı tələbələr Tehrandakı səfirliyə basqın edərək 50-dən çox amerikalını 444 gün ərzində girov saxlamışdı.

Tələbələr ABŞ-da tibbi yardım alan devrilmiş şahın ekstradisiyasını tələb edirdi. 1

980-ci ilin aprelində Vaşinqton qum fırtınaları və mexaniki problemlərlə üzləşdikdən sonra fəlakətlə başa çatan çox məxfi “Qartal pəncəsi” əməliyyatında girovları azad etməyə cəhd etmişdi. Xilasetmə qüvvələri geri çəkilərkən iki ABŞ təyyarəsi toqquşub, səkkiz hərbçi həlak olmuşdu.

Ədliyyə orqanlarının Mizan Online xəbər agentliyi əməliyyat zamanı ABŞ qüvvələrinin iranlı sərnişinləri daşıyan avtobusa hücum etdiyini bildirib. Lakin ətraflı məlumat verilməyib. Mizan qurbanların sayını açıqlamayaraq, "ABŞ-ın "Qartal pəncəsi" əməliyyatı qurbanlarının ailələrinin şikayətindən sonra ABŞ hökumətini 420 milyon dollar ödəməyə məcbur edir" - deyə, yazıb.

İran mediası İnqilab Keşikçiləri Korpusunun yerli komandirinin əməliyyat zamanı tərk edilmiş ABŞ hərbi texnikasının keşiyində dayanarkən İran qüvvələri tərəfindən təsadüfən vurularaq öldürüldüyü barədə məlumat yayıb.

Girov böhranından 5 ay sonra Vaşinqton diplomatik əlaqələri kəsərək, Tehrana embarqo tətbiq edib. Girovlar 1981-ci ilin yanvarında azad edilib.

Avqust ayında Tehran məhkəməsi ABŞ hökumətinin 1980-ci ildə yenicə formalaşan İslam Respublikasına qarşı “çevriliş planlaşdırdığına” görə 330 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

İran məhkəmələrində Vaşinqtona qarşı qaldırılan iddialar ABŞ məhkəmələri tərəfindən Tehrana qarşı bir sıra milyardlarla dollarlıq təzminat mükafatlarının verilməsindən sonra baş verib.

2016-cı ildə ABŞ Ali Məhkəməsi ABŞ-da dondurulmuş İran aktivlərinin Vaşinqtonun Tehranı günahlandırdığı hücumların, o cümlədən 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadalarının kazarmasının və 1996-cı ildə Səudiyyə Ərəbistanındakı partlayışın qurbanlarına ödənilməsinə qərar verib.

Mart ayında Beynəlxalq Ədalət Məhkəməsi Vaşinqtonun bir neçə iranlı şəxs və şirkətə məxsus vəsaitləri dondurmasının “açıq-aşkar əsassız” olduğuna qərar verib. Lakin məhkəmə ABŞ tərəfindən dondurulmuş İran mərkəzi bankının 2 milyard dollara yaxın aktivlərini blokdan çıxarmaq səlahiyyətinin olmadığına qərar verib.

Hücumlara görə bütün məsuliyyəti rədd edən Tehran ABŞ məhkəməsinin qərarları ilə qurbanlara cəmi 56 milyard dollar təzminat ödəndiyini bildirib.

Forum

XS
SM
MD
LG