Accessibility links

Bayden İrana Yaxın Şərqdəki ABŞ qoşunlarını hədəf almamaq barədə xəbərdarlıq edib


Prezident Co Bayden İranın ali dini lideri Ayətulla Əli Xamneyiyə nadir mesaj göndərərək Tehranı Yaxın Şərqdə ABŞ personalını hədəf almaması ilə bağlı xəbərdarlıq edib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi mətbuat brifinqində "Birbaşa mesaj verildi" deyib və ətraflı məlumat verməkdən imtina edib. İranın BMT-dəki missiyası şərh sorğusuna hələ cavab verməyib.

Bayden Ayətullaya ABŞ qüvvələrinin hədəf alınmağa davam edəcəyi təqdirdə ABŞ-ın cavab verəcəyini xəbərdar etdiyini deyib, lakin mesajın necə çatdırıldığını açıqlamayıb.

"Mənim Ayətullaya xəbərdarlığım ondan ibarət idi ki, əgər onlar həmin qoşunlara qarşı hərəkətlərini davam etdirsələr, biz cavab verəcəyik və o, hazır olmalıdır. Bunun İsraillə heç bir əlaqəsi yoxdur",o, jurnalistlərə deyib.

Kirbi danışmazdan əvvəl sosial mediada yazılan şərhdə İran prezidenti İbrahim Rəisinin köməkçisi Baydenin hesabını mübahisələndirib.

Kirbinin çıxışından əvvəl sosial mediada yazılan şərhlərdə İran prezidenti İbrahim Rəisinin köməkçisi Baydenindediklərini mübahisələndirib.

“ABŞ-ın mesajları İslam İnqilabının rəhbərinə ünvanlanmayıb və İran tərəfinin istəklərindən başqa heç nəyi təmsil etmir. Əgər Bayden İranı xəbərdar etdiyinə inanırsa, komandasından mesajların mətnini göstərməsini xahiş etməlidir”, Məhəmməd Cəmşidi yazıb.

İranın dövlət xəbər agentliyi İRNA adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, ABŞ İrana, o cümlədən Livan Hizbullahı da daxil olmaqla, bəzi İran müttəfiqlərinə müharibəni genişləndirmək istəmədiyinə dair mesajlar göndərib və onları təmkinli olmağa çağırıb.

ABŞ qüvvələri cümə günü səhər saatlarında Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.

Müdafiə naziri Lloyd Ostin verdiyi açıqlamada "bu dəqiq özünümüdafiə zərbələri İranın dəstəklədiyi militant qrupları tərəfindən İraq və Suriyada ABŞ personalına qarşı oktyabrın 17-də başlayan və əsasən uğursuz hücumlara cavabdır" deyib.

Forum

XS
SM
MD
LG