BMT-nin baş katibi Antonio Quterreş İsrail və HƏMAS arasında Qəzza zolağında artan münaqişədən "dərin narahat olduğunu" bildirib və deyib ki, mülki vətəndaşlar qorunmalıdır.
“Beynəlxalq humanitar hüquq gözardı edilə bilməyən aydın qaydalar müəyyən edir. Bundan seçici şəkildə istifadə edilməməlidir".
Onun sözlərinə görə, bütün tərəflər müharibə qaydalarına, o cümlədən fərqləndirmə, mütənasiblik və ehtiyatlılıq prinsiplərinə hörmət etməlidir.
"Həddindən artıq çox sayda israilli və fələstinlinin öldürülməsi ilə bu gərginlik yalnız mülki əhalinin böyük iztirablarını artırır"i.
Onun bəyanatı dərc olunan zaman Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində güclü partlayış və ağır itkilər barədə xəbərlər yayılıb.
Oktyabrın 7-də 1400 israillinin ölümü ilə nəticələnən hücumdan sonra İsrail HƏMAS-ın nəzarətində olan Qəzza zolağını tam blokadaya alıb. İki həftəlik beynəlxalq danışıqlardan sonra, oktyabrın 21-də Qəzzaya ərzaq, su və dərman daxil olmaqla, məhdud yardım tədarükü daxil olmağa başlayıb. BMT çərşənbə axşamı bildirib ki, o vaxtdan bəri yalnız 143 yardım maşını Qəzzaya daxil olub.
Quterreş humanitar atəşkəs və maneəsiz yardım çatdırılması çağırışını təkrarlayaraq, "Qəzzəyə indiyədək icazə verilən humanitar yardımın səviyyəsi tamamilə qeyri-adekvatdır və Qəzzadakı insanların ehtiyaclarına uyğun gəlmir, bu da humanitar faciəni daha da artırır" deyib.
Fələstinlilərə yardım edən BMT agentliyi bildirib ki, onların daha üç əməkdaşı davam edən hava zərbələri nəticəsində həlak olub və oktyabrın 7-dən bəri həlak olan BMT-nın həlak olan əməkdaşlarının sayı 67-yə çatıb.
Birləşmiş Millətlər Təşkilatının rəhbəri münaqişənin genişlənməsi riskindən narahatlığını ifadə edib və bütün liderləri “daha geniş alovlanmanın qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirməyə” çağırıb.
Çərşənbə axşamı regional media bildirib ki, Yəməndə İranın dəstəklədiyi husi üsyançıları İsraildəki hədəflərə ballistik və qanadlı raketlər, eləcə də pilotsuz təyyarələrlə zərbələr endirib.
Forum