Accessibility links

ABŞ-ın paytaxtında keçirilən "Fələstinlilərə Azadlıq" mitinqinə minlərlə insan qatılıb


Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail Qəzza zolağının bombardmanını dördüncü həftədir davam etdirərkən, on minlərlə insan ABŞ-ın paytaxtı Vaşinqtonda və dünyanın digər paytaxtlarında atəşkəs çağırışı ilə meydanlara toplaşıb.
Vaşinqtondakı nümayişlərin mərkəzi ABŞ Konqresi ilə Ağ Ev arasında yerləşən Azadlıq Meydanı olub.

Qeyri-hökumət təşkilatlarının təşkil etdiyi avtobuslarla etiraz aksiyasına ölkənin hər yerindən şəhərlərdən nümayişçilər qatılıb. YouTube-da da canlı yayımlanan nümayişdə etirazçıların çoxu Fələstin kimliyinin simvolu olan keffiyeh geyinib və Fələstin bayraqları daşıyıb.

"Qırğına son" və "Yaşasın Qəzza" kimi pankartlar daşıyan nümayişçilər Bayden rəhbərliyinə səslənərək ABŞ-dan İsrailə yardımı kəsməsini istəyib; Onlar “Atəşkəs yoxsa, səs də yoxdur” şüarları səsləndiriblər. Nümayişçilərin əksəriyyəti Bayden administrasiyasından İsrailə verilən maliyyə və hərbi yardımı kəsməyi tələb edib.

Azad Fələstin yürüşünün təşkilatçıları arasında Fələstin Gənclər Hərəkatı, Amerika Müsəlman Alyansı, Fələstində Ədalət Uğrunda Milli Tələbələr və Fələstinə Qayıdış Haqqı Koalisiyası olub. Amerika-Ərəb Ayrı-seçkiliyə Qarşı Komitəsi, Fələstin Amerika Şurası və Amerika-İslam Münasibətləri Şurası da yürüşü dəstəkləyib.

Nümayiş üçün icazə müraciətinə 24-30 min adamın qatılacağını təxmin edən təşkilatçılar etirazın ABŞ tarixində ən böyük Fələstin həmrəyliyi tədbiri olduğunu bildirib.

Beynəlxalq Xalq Assambleyası 450-dən çox qrupun yürüşə dəstək verdiyini açıqlayıb. Bu qruplar arasında “Sülh üçün Yəhudi Səsi” kimi sülh istəyən yəhudilər də olub.

Forum

XS
SM
MD
LG