Accessibility links

Avropa Komissiyasının sədri Volodimir Zelenski ilə görüşüb


Avropa Komissiyasının sədri Ursula fon der Leyen şənbə günü Kyivə səfər edərək, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Avropa İttifaqının bu həftə Ukraynanın Aİ-yə üzvlüklə bağlı dekabr ayına təyin edilmiş danışıqlara başlamaq üçün lazımi addımları yerinə yetirməkdə irəliləyişinə dair açıqlama verəcəyi gözlənilir.

"Deməliyəm ki, siz əla irəliləyiş əldə etmisiniz. Bunu görmək heyranedicidir. Biz heç vaxt unutmamalıyıq ki, siz ekzistensial müharibə aparırsınız və eyni zamanda ölkənizdə dərin islahatlar aparırsız”, fon der Leyen Zelenski ilə görüşdən sonra deyib.

Zelenski şənbə günü gündəlik müraciətində deyib: “Ukrayna böyük bir yol keçib - elə bir nöqtədən ki, çoxları bizim genişmiqyaslı müharibə zamanı Avropa İttifaqı ilə birləşməmizin mümkünlüyünə inanmırdılar".

Ukrayna ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən bir neçə gün sonra Aİ-yə üzv olmaq üçün müraciət edib. Von der Leyenlə keçirdiyi mətbuat konfransında Zelenski müharibənin dalana dirəndiyini təkzib edib və Ukraynanın müharibənin 21-ci ayınnda hava hücumundan müdafiəni gücləndirmək üçün müttəfiqlərinin daha çox köməyə ehtiyacı olduğunu deyib.

Forum

XS
SM
MD
LG