Roma papası Fransisk bazar günü Qəzzadakı münaqişənin dayandırılması üçün təcili çağırış edərək, "çox ağır" vəziyyəti yüngülləşdirmək üçün humanitar yardım və yaralılara kömək göstərməyə çağırıb.
"Mən Fələstin ərazilərivə İsraildə bir çox insanın həyatını itirdiyi ağır vəziyyət haqqında düşünürəm. Allah adına dayanmağınız, atəşi dayandırmağınız üçün dua edirəm" deyib
"Ümid edirəm ki, münaqişənin genişlənməməsi üçün hər şey ediləcək, yaralılar xilas ediləcək və humanitar vəziyyətin çox ağır olduğu Qəzza əhalisinə yardımlar çatacaq", o deyib.
Roma papası atəşkəs və HƏMAS-ın 7 oktyabr hücumu zamanı götürdüyü girovların azad edilməsi çağırışlarını təkrarlayaraq, diqqətini “ailələrinə qayıtmalı” olan uşaqlara yönəldib.
“Gəlin uşaqlar haqqında düşünək, bu müharibədə iştirak edən bütün uşaqlar, Ukraynada və digər münaqişələrdə olduğu kimi onların gələcəyi öldürülür”, o əlavə edib.
86 yaşlı papa artıq humanitar dəhlizlərin yaradılmasına çağırıb və İsrail-HƏMAS müharibəsinə son qoymaq üçün iki dövlətli həll yoluna ehtiyac olduğunu bildirib.
Qəzzanın səhiyyə rəsmisi bazar günü bildirib ki, HƏMAS militantlarının İsrailin cənubuna qəfil hücumu 1400 nəfərin ölümü və 240-dan çox insanın girov götürülməsi ilə başlayan müharibədə 9770-dən çox fələstinli həlak olub.
Papa bildirib ki, biz dualarımızı Nepaldakı zəlzələ qurbanlarına, əfqan qaçqınlarına və İtaliyadakı daşqınlarda zərərçəkənlərə ünvanlayırıq.
Forum