Accessibility links

Fransa Qəzzaya üç təyyarə ilə yardım göndərib


Yüksək səviyyəli rəsmilər bildiriblki, Qəzzaya 54 ton yardım daşıyan üç Fransa təyyarəsi bu həftə sonu Misirə çatıb və Fransanın Aralıq dənizinin şərqində dəyişən vəziyyətə cavab verməyə hazır olan üç dəniz gəmisi mövcuddur.

Bu açıqlamalar Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Dohaya səfəri zamanı “dərhal humanitar atəşkəsə” çağırışı və münaqişənin bölgədə genişlənməsinə imkan verməmək barədə xəbərdarlıq etdiyi bir vaxt verilib.

İsrail Qəzza zolağına nəzarət edən HƏMAS militantlarının sərhədi keçərək 1400 nəfəri öldürdüyü və 240-dan çox adamı girov götürdüyü dörd həftə ərzində atəşkəslə bağlı təkrarlanan beynəlxalq çağırışları rədd edir.

İsrail bundan sonra Qəzzanı havadan vurub, mühasirəyə alıb və onun qurudan hücuma keçməsi anklavdakı humanitar vəziyyətlə bağlı qlobal həyəcan təbili çaldırıb.

Qəzza rəsmiləri bazar günü 9770-dən çox fələstinlini öldürdüyünü bildirib.

Fransa ordusu əvvəllər Twitter kimi tanınan X-də bildirib ki, Fransa yardımı həftə sonu qismən zirehli iki Airbus A400M təyyarəsi ilə çatdırılıb.

Müdafiə naziri Sebastien Lekorn daha sonra yardımla dolu üçüncü A400M təyyarəsinin bölgəyə çatdığını bəyan edib.

Təyyarələrdən birinin kapitanı, polkovnik-leytenant Nikolas şənbə günü səhər havaya qalxmazdan əvvəl deyib: "Qəzza zolağının mülki əhalisi üçün nəzərdə tutulmuş bu humanitar yükdə dərman, ərzaq yardımı, generatorlar var".

Fransa ordusunun X-də verdiyi məlumata görə, tibbi dəstək imkanları olan bir Fransa helikopter daşıyıcısı Tonnerre və iki dəniz gəmisi Aralıq dənizindədir.

“Onlar bölgədəki vəziyyətin təkamüllərini inteqrasiya etməyə qadir olan möhkəm və çox yönlü aparatın" bir hissəsidir” - deyə, o təfərrüatlara varmadan əlavə edib.

Cümə axşamı müdafiə naziri ikinci helikopter daşıyıcısı Dixmude-nin göndəriləcəyini açıqlayıb.

Forum

XS
SM
MD
LG