Accessibility links

İsrail-HƏMAS müharibəsi Avropa üçün yeni təhlükəsizlik problemləri yaradır


Brüssel
Brüssel

Fransa və Belçikada bir neçə islamçı hücumundan sonra təhlükəsizlik xəbərdarlığı artırılıb.

Yəhudi əleyhinə hərəkətlərdə artım və bir sıra bomba xəbərdarlığı olub.

İsrail və HƏMAS arasında müharibənin başlamasından bir ay sonra bəzi Avropa ölkələri yenidən Yaxın Şərqə yayılan yeni münaqişənin şahidi olurlar.

Lakin analitiklər deyir ki, bugünkü təhlükəsizlik təhdidinin mahiyyəti və potensial nəticələri ilə təxminən on il əvvəl İraq və Suriyanın böyük ərazilərinə nəzarət edən İslam Dövlətinin Avropada yüzlərlə insanın ölümünə səbəb olan terror hücumları törətdiyi təhlükə arasında aydın fərqlər var.

Bəziləri əlavə edir ki, İsrail və HƏMAS arasında müharibə uzansa və yayılsa, Avropa ekstremist zorakılıqdan başqa bir sıra potensial nəticələrlə üzləşə bilər, Avropanı siyasi cəhətdən potensial olaraq zəiflədə bilər.

Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləmək üçün ona yeni tələblər qoya və ifrat sağı cəsarətləndirə bilər.

"Oxşarlıq Avropa ölkələrində təhlükə haqqında artan məlumatlılıqdır" - deyə, Parisdə yerləşən Alman Marşal Fondunun Avropa təhlükəsizliyi üzrə eksperti Gesine Veber Yaxın Şərqdəki iki münaqişə haqqında danışıb.

“Ancaq 2015-2016-cı illərdəki hücumlar Qərbin liberal həyat tərzinə hücumlar və mövcud sistemdən məyusluq idi. Halbuki indi gördüyümüz hücumlar daha çox hədəf qrupa, yəni yəhudilərə qarşı yönəlib”.

Qərbi Avropada ən çox yəhudi və müsəlmanın məskunlaşdığı Fransa Fələstin islamçı Həmas qruplaşmasının keçən ay İsrailə hücumundan sonra 850-dən çox antisemitizm aktı ilə üzləşib. Digər Avropa ölkələri də eyni şəkildə antisemitizm hadisələrinin artmasını qeydə alıb, polis yəhudi məktəblərində və sinaqoqlarda təhlükəsizliyi gücləndirib.

Oktyabr ayında Fransa və Belçika bir neçə islamçı hücumu nəticəsində üç nəfərin ölümündən sonra təhlükəsizlik xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb. Bomba təhlükəsi Avropa hava limanlarının və turistik yerlərin boşaldılmasına səbəb olub.

Keçən həftə Paris metrosunda özünü partlatmaqla hədələdiyi iddia edilən hicablı qadına fransız polisi atəş açıb.

Fransanın BFMTV telekanalının keçirdiyi sorğuda iştirak edən 10 fransızdan səkkizinin vətənlərində terror təhlükəsindən narahat olduğunu göstərib.

Avropa Şurasının prezidenti Çarlz Mişel isə “icmalar arasında gərginliyi artıra və ekstremizmi qidalandıra biləcək” “böyük təhlükəsizlik nəticələri” barədə xəbərdarlıq edib.

France-Info radiosunun məlumatına görə, Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi və ya DGSI kəşfiyyat agentliyi də eyni nəticəyə gəlib.

Xəbər təşkilatı agentliyin daxili qeydinə istinadən xəbər verir ki, bugünkü radikallar daha gəncdir və "mütləq terror təşkilatına bağlı deyillər". Məlumatda əlavə edilib ki, bu yaxınlarda həbsdən çıxan və terror aksiyalarına görə cəza çəkən insanlar narahatlıq doğurur.

Le Monde qəzetinin yazdığına görə, Fransa kəşfiyyat xidmətləri İsrail-HƏMAS müharibəsi səbəbindən radikal islamçılar tərəfindən təhlükənin artımışı müşahidə etməyib.

Son həftələr Fransada Fələstin tərəfdarı etirazlara qoşulan insanlar HƏMAS-ın və ya İslam Dövlətinin qara bayraqlarını deyil, fələstinlilərin bayraqlarını və şüarlarını daşıyıb. Onların bəzilərinin London nümayişində iştirak etdiyi bildirilir.

Digər analitiklər hesab edir ki, Avropa siyasi cəhətdən zəifləyib. Avropa İttifaqı Qəzzaya yardımın çatdırılmasına yol vermək üçün humanitar “fasilə” çağırışlarına qoşulmağa razılıq verməzdən əvvəl ötən ay keçirilən sammitdə bir neçə saat sərf edərək, İsrail və HƏMAS arasındakı müharibəyə hissə-hissə cavab təklif edib.

Bəziləri hesab edir ki, üzv dövlətlər arasında İsrailə dəstək və fələstinlilərə rəğbətlə bağlı fikir ayrılıqları uzunmüddətli nəticələrə səbəb ola bilər.

Forum

XS
SM
MD
LG