Accessibility links

Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına hazır olduğunu elan edib


Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına hazır olduğunu elan edib
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Avropa Komissiyası çərşənbə günü Aİ-nin genişlənməsi üçün qapıları açan hesabatı qəbul edib. Komissiya Ukrayna və Moldova ilə Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını tövsiyə edib. Bu xəbər xüsusilə də Rusiya ilə müharibə vəziyyətində olan, ancaq gələcəyini Aİ ilə birləşdirmək istəyən Ukraynada müsbət qarşılanıb. Amerikanın Səsinin müxbiri Miroslava Qonqadze Kyivdən xəbər verir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen çərşənbə günü Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin yeni genişlənmə prosesini açıqlayıb. O, Avropa İttifaqının bir sıra ölkələri öz sıralarına qəbul etməyə hazır olduğunu elan edib.

Avropa Komissiyasının 1200 səhifəlik hesabatında bildirilir ki, Ukrayna və Moldova islahatlarla bağlı öhdəliklərinin əksəriyyətini qənaətbəxş şəkildə yerinə yetiriblər və indi danışıqlar prosesinə başlamağa hazırdırlar.

Von der Leyenin yaxınlarda Kyivə səfəri Aİ-nin Ukrayna ilə üzvlük danışıqları prosesini başlatmağa hazır olduğuna dair açıq işarə idi. Avropa Komissiyasının prezidenti Prezident Volodimir Zelenski ilə görüşdən sonra Ukrayanı islahatların həyata keçirilməsində əhəmiyyətli irəliləyişlərə görə tərifləyib.

“Mən sizə müharibənin ortasında etdiyiniz islahatlardan nə qədər heyrətləndiyimizi demək istəyirəm. Biz heç vaxt unutmamalıyıq ki, siz ekzistensial müharibədə döyüşürsünüz. Və siz eyni zamanda ölkənizdə kökündən islahatlar edirsiniz. Siz ədliyyə sisteminizdə islahatlar aparmaq, oliqarxların gücünü məhdudlaşırmaq, çirkli pulların yuyulmasına qarşı mübarizə aparmaq daxil olmaqla çox şeyə nail olmusunuz,” Ursula von der Leyen deyib.

Zelenski birgə mətbuat konfransında Kyivin Aİ-na inteqrasiya üçün bütün öhdəlikləri yerinə yetirmək öhdəliyini bir daha təsdiqləyib.

“Ukrayna institutlarımız dəyişdirməyi dayandırmayıb, islahatlar davam edəcək. Biz antikorrupsiya sisteminə səmərəli işləmək imkanları verəcək yeni qanun hazırladıq,” o deyib.

Hesabatdakı tapıntılar və tövsiyyələr dekabrda Aİ-nin sammitində bütün üzv ölkəlr tərəfindən təsdiqlənməlidir.

“Biz Ukrayna ilə bağlı siyasi qərarı, ölkəmizin Aİ üzvlüyü ilə bağlı danışıqların başlamasını gözləyirik. Bu qərarın təkcə Ukrayna deyil, bütün Avropaya mühüm təsir göstərəcək,” Zelenski deyib.

Zelenski vurğulayıb ki, Ukrayna ilə Aİ-nə üzvlüklə bağlı danışıqların başlaması Ukrayna xalqı və cəbhə xəttində Avropa dəyərlərini müdafiə edən Ukrayna əsgərləri üçün müsbət bir xəbər olacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG