Accessibility links

Bayden noyabrın 22-də öldürülən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin xatirəsini yad edib


Prezident Co Bayden 1963-cü il noyabrın 22-də prezident korteji Dallas şəhərindən keçərkən qatilin əlindən ölən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin xatirəsini yad edib.

"Prezident Kennedi müharibə qəhrəmanı, senator və dövlət xadimi idi. O, ölkəmiz üçün 20-ci əsrin ən mühüm sahələrində - vətəndaş və seçki hüquqlarından tutmuş qadınlar üçün bərabər əmək haqqına qədər möhkəm bir yol qoyub. O, soyuq müharibənin ən təhlükəli anlarında sakit qətiyyətlə ölkəyə rəhbərlik edib. Və yeni onilliyin başlanğıcında o, Aya və ondan kənara uçuşa nail olaraq bizi yeni sərhədlərə doğru aparıb. Məhz onun sayəsində dövlətə qulluqu ölkəmizdə çağırış kimi qəbul edilib. O, bizi tarixi öz əlimizə almağa və ən yüksək ideallarına uyğun gələn Amerika qurmaq üçün səylərimizi heç vaxt dayandırmamağa çağırıb” deyə, prezident bildirib.

2022-ci ildə ABŞ Milli Arxivi prezident Con Kennedinin keçmiş dəniz piyadası və kommunist fəalı Li Harvi Osvald tərəfindən öldürülməsi ilə bağlı minlərlə sənəd dərc edib. Bu, prezident Baydenin sərbəst buraxılması barədə sərəncam verdikdən, lakin yüzlərlə digər sənədi daha bir il məxfi saxlamasından qısa müddət sonra baş verib. Sənədlər göstərir ki, hökumət 1960-cı ilin dekabrında Osvaldla bağlı işaçıb, Yəni, Kennedinin öldürülməsindən təxminən üç il əvvəl.

Forum

XS
SM
MD
LG