İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qafqaz regionunda əcnəbilərin müdaxiləsi olmadan sabit sülh və daimi əmin-amanlığın yaradılmasının vacibliyini vurğulayıb.
İRNA agentliyinin noyabrın 26-da yaydığı xəbərə görə, Əmir Abdullahian bu sözləri noyabrın 25-də İranın Ermənistan və Azərbaycandakı səfirləri Mehdi Sobhani və Abbas Musəvi ilə keçirdiyi görüşdən sonra deyib.
O, sosial şəbəkədəki səhifəsində yazdığı kimi XİN rəhbəri görüşdə iki şimal qonşu dövlətlə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
O, daha sonra deyib ki, İranın xarici siyasətində Cənubi Qafqaz regionuna ciddi diqqət yetirilir.
Forum