Accessibility links

Leyli və Məcnun tamaşası Təbrizdən sonra Ərdəbildə səhnəyə çıxarılıb


Leyli və Məcnun tamaşası - Ərdəbil
Leyli və Məcnun tamaşası - Ərdəbil

Rejissor Yaqub Sədiq Camalinin türk dilində səhnə üçün hazırladığı Leyli və Məcnun tamaşası Təbrizdən sonra Ərdəbildə səhnəyə qoyulub.

Yarı-rəsmi İSNA agentliyinin yaydığı xəbər və görüntülərə əsasən, Ərdəbilin Fədək adlı Sənət və Mədəniyyət Kompleksində nümayiş edilən tamaşa ərdəbilli sənətsevərlər tərəfindən geniş rəğbətlə qarşılaşıb.

Agentliyin bildirdiyinə görə, İranın Mədəniyyət və İrşad Nazirliyi Səhnə Sənətləri Mərkəzinin sədri Kazım Nəzəri də Fəfək kompleksində tamaşanı izləyib. Nəzəri həmçinin Leyli və Məcnun tamaşasının rejissor və ssenari müəllifi Yaqub Sədiq Camali, oyunçular və digər əməkdaşlara təşəkkür plaketi təqdim edib.

Sədiq Camali tamaşanı ilk dəfə oktyabr ayında Təbrizdə səhnəyə qoyub. Keçən ay Təbrizdə böyük rəğbətlə qarşılanan tamşanın nümayişi bir neçə gün daha uzadılmışdı.

Rejissor Sədiq Camali keçən ay tamaşanın təqdimat mərasimində əsəri İrandakı şəraitə uyğun olaraq səhnələşdirmək üçün qarşılaşdığı çətinliklərə diqqət çəkərək, senzura və bəzi məhdudiyyətlərə razılıq verdiyini ifadə etmişdi.

Forum

XS
SM
MD
LG