Accessibility links

Keçmiş birinci xanım Rozalin Karterə son ehtiram verilir


Keçmiş birinci xanım Rozalin Karterə çərşənbə axşamı Atlantada son ehtiram verilir.

Fevral ayında hospisə daxil olan əri, 99 yaşlı keçmiş prezident Cimmi Karter dəfn mərasiminə qatılmağı planlaşdırır.

Carter Center bildirib ki, gözlənilən qonaqlar siyahısına prezident Co Bayden və həyat yoldaşı Jill Bayden, həmçinin vitse-prezident Kamala Harris və onun əri Duq Emhoff, keçmiş prezident Bill Klinton və keçmiş Dövlət katibi Hillari Klinton və keçmiş birinci xanım Melaniya Tramp daxildir. Mişel Obama və Laura Buş daxildir.

Rozalin Karter noyabrın 19-da 96 yaşında vəfat edib. Çərşənbə günü

Corciya ştatının Pleyns şəhərində dəfn mərasimi, daha sonra isə ailə evində özəl mərasim planlaşdırılır.

Xatirə tədbirləri bazar ertəsi ictimaiyyət üzvlərinə Cimmi Karterin Prezident Kitabxanasında ehtiramlarını bildirmək imkanı verilməklə başlayıb.

Keçmiş prezident, 99 yaşlı Cimmi Karter və Rozalin Karter 77 il evli olub. Rosalin Karter Cek, Çip, Ceff və Emi adlı övladları; 11 nəvə və 14 nəticəsi var.

Carter Center tərəfindən yayımlanan bəyanatda keçmiş prezident Cimmi Karter bildirib ki, "Rosalin mənim indiyə qədər bacardığım hər şeydə tərəfdaşım olub. Ehtiyacım olanda mənə müdrikliklə yol göstərib, məni təşviq edib. Rozalin dünyada olduğu müddətdə kiminsə məni sevdiyini və dəstəklədiyini həmişə bilirdim”.

Keçmiş birinci xanım 2014-cü ildə Amerikanın Səsinə müsahibəsində etiraf etmişdi ki, Cimmi Karterlə uzun müddətli evliliyinin sirri “hörmət” olub.

"Biz bir-birimizə hörmət etmək başladıq. Mən onun edə biləcəyinə hörmət etdim və o, mənim edə bildiklərimə hörmətlə yanaşardı və o vaxtdan bu, həqiqətən gözəl bir tərəfdaşlıq oldu" - deyə, o, Amerikanın Səsinə bildirmişdi.

Rosali Karter dəniz karyerası zamanı ərinin ardınca gedib və üç oğul - Con "Cek" Karter, Ceyms Örl Karter III və ya "Çip" və Jeff dünyaya gətirir. Onların qızı Emi 1967-ci ildə anadan olub.
Ailə 1953-cü ildə Karterin fıstıq əkinçiliyi biznesi üçün Pleynsə qayıdanda, hətta əri 1962-ci ildə siyasətə qoşulmağa qərar verdikdən sonra da Rozalin Karter əkinçilik tədarükü biznesini idarə edir.

Ağ Evdə olduqları müddətdə Prezident Karter həyat yoldaşının administrasiyasındakı görkəmli rolunu təşviq edib, İsrail və Misir arasında müharibə vəziyyətinə son qoyan Kemp Devid sazişləri zamanı da daxil olmaqla, vəzifədə olduğu müddətdə ondan məsləhət istəyib.

Forum

XS
SM
MD
LG