Accessibility links

İsraillə HƏMAS arasında atəşkəs razılaşmanın uzadılmasından sonra beşinci gündür davam edir


İsrail və HƏMAS arasında razılaşdırılmış atəşkəsin 5-ci günü hər iki tərəfdən daha çox əsir və girov mübadiləsi həyata keçiriləcəyi gözlənilir.

İsrail Qəzza zolağında HƏMAS-ı hədəf alan hücumları saxlayaraq, hər 10 girovun azad edən edilməsi qarşılığında dörd günlük ilkin razılaşmadan bir gün kənara çıxacağını və müxtəlif cinayətlərə görə İsrail həbsxanalarında saxlanılan fələstinlilərin üç dəfə çoxunu azad edəcəyini vəd etmişdi.

HƏMAS “eyni şərtlərlə” atəşkəsin iki günlük uzadılmasına razılaşdırıldığını təsdiqləyib.

Qətər uzadılma ilə bağlı danışıqlara kömək edib, girovlar azad edilənə qədər atəşkəsə çağıran Birləşmiş Ştatlar isə atəşkəsin uzadılmasını alqışladığını bildirib.

ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada, müharibənin dayandırılmasının “Qəzza zolağında əziyyət çəkən günahsız mülki insanlara əlavə humanitar yardımın əhəmiyyətli dərəcədə artmasına imkan verdiyini” deyib. Onun sözlərinə görə, ABŞ HƏMAS tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər diplomatik səylərini dayandırmayacaq.

“Biz şübhəsiz ki, bütün girovlar azad edilənə qədər bu uzadılmanın davam etməsini görmək istərdik”, Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi deyib.

“Burada məqsəd, bütün girovları ailələri ilə birlikdə aid olduqları evə qaytarmaqdır. Və bunun nə qədər uzun çəkə biləcəyini bilirsiniz”, o qeyd edib.

HƏMAS-ın saxladığı girovların fələstinli məhbuslarla dördüncü mübadiləsi bazar ertəsi axşam saatlarında başa çatıb. İsrail Müdafiə Qüvvələri HƏMAS tərəfindən saxlanılan 11 girovun azad edildiyini, İsrail həbsxana rəhbərliyi isə 33 fələstinlinin azad edildiyini bildirib.

Ümumilikdə ilk dörd gün ərzində 50 israilli girov və 150 fələstinli azad edilib.

Atəşkəsin uzadılması daha uzunmüddətli atəşkəs ehtimalını yaratsa da, İsrail oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra qrupun hərbi imkanlarını darmadağın etmək və Aralıq dənizi boyunca dar bir ərazi olan Qəzza üzərində onun 16 illik idarəçiliyinə son qoymaq məqsədində qərarlı olmağa davam edir. HƏMAS-ın İsrailin cənubuna hücumu 1200-ə yaxın insanın ölümü və 240-a yaxın insanın qrup tərəfindən girov götürülməsi ilə nəticələnib.

Forum

XS
SM
MD
LG