Accessibility links

Təbrizdə repçi Milad Cəlili həbs edilib


Milad Cəlili (Elşən)
Milad Cəlili (Elşən)

Təbrizdə Milad Cəlili adlı gənc rep ifaçısı bu gün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Bölgədəki hüquq müdafiəçiləri sosial mediada məlumat yayıblar.

Həbs olunan repçi Elşən adı ilə tanınır və bu yaxınlarda İnstagram səhifəsində həbs olunan milli fəallara dəstək mahnısını paylaşmışdı. Milad Cəlili oxuduğu mahnını "bütün millətçilərə" ithaf etdiyini də səhifəsində qeyd edib.

Bu etiraz rep mahnısında o, həbsdə olan fəalların adlarını sayaraq onlara dəstək mahiyyətli mahnı oxuyub.

Ona qarşı irəli sürülən ittihamlar və həbsinin səbəbi ilə bağlı ətraflı məlumat yoxdur, lakin onun həbsinin həbsdə olan milli fəallara dəstək üçün oxuduğu mahnı ilə bağlı olduğu güman edilir.

Forum

XS
SM
MD
LG