Accessibility links

Pakistanın şimalında avtobusa hücum nəticəsində 9 nəfər həlak olub


Dekabrın 3-də rəsmilər verdiyi məlumata görə, silahlı şəxslərin Pakistanın şimalından keçən avtobusu atəşə tutması və daha sonra həmin avtobusun qarşıdan gələn yük maşını ilə toqquşması və alovlanması nəticəsində ikisi məzuniyyətdə olan hərbçi də daxil olmaqla 9 nəfər ölüb.

Dekabrın 2-də yerli vaxtla saat 18:30 radələrində avtobus hər iki tərəfdən ən azı beş silahlının hücumuna məruz qalıb.

"Atışmadan sonra avtobus idarəetməni itirib və qarşıdan gələn yük maşını ilə toqquşub. Daha sonra hər iki avtomobil yanıb. Ölənlər arasında hər iki nəqliyat vasitəsinin sürücüləri də var", - deyə ərazi üzrə yüksək vəzifəli hökumət rəsmisi Arif Əhməd Xan bildirib.

Onun sözlərinə görə, 8 nəfər hadisə yerində, bir nəfər isə daha sonra xəstəxanada ölüb. Həlak olanlar arasında iki ordu hərbçisi də olub. Yaralanların sayı isə 25-dir.

Hücum Gilgit-Baltistandakı Çilas şəhəri yaxınlığında, paytaxt İslamabadı dağlıq şimala və Çinə birləşdirən, qədim İpək Yolunun çoxsaylı yollarından birini izləyən Qarakoram şossesi boyunca baş verib.

Avtobus cənubdan paytaxtla qonşu olan qarnizon şəhəri Ravalpindiyə gedirdi.

Heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin bölgədə uzun müddətdir ki, sünni və şiə müsəlmanlar arasında məzhəb zorakılığı müşahidə edilir.

Gilgit-Baltistanın məşhur turizm məkanı içərisində olan Chilas şəhəri Hind çayı üzərində Çin tərəfindən dəstəklənən meqa layihə olan Diamer-Bhasha bəndinin yaxınlığında yerləşir.

Forum

XS
SM
MD
LG