Accessibility links

ÜST İdarə Heyəti Qəzzada səhiyyə durumuna dair fövqəladə yığıncaq keçirəcək


Ümumdünya Səhiyyə Təşkilatının İdarə Heyəti dekabrın 10-da Qəzza və İordan çayının qərb sahilində sağlamlıq böhranını müzakirə etmək üçün nadir fövqəladə iclas keçirəcək. Fələstin elçisi daha çox tibbi yardım və xarici tibb işçilərinə çıxış əldə etmək istəyir.

ÜST Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən Qətər sədri ilə məsləhətləşərək çağırılacaq sessiyanın keçirilməsi üçün 15 ölkədən müraciət aldığını təsdiqləyib.

Fələstinin BMT-dəki səfiri İbrahim Xrayişinin sözlərinə görə, görüşdə daha çox HƏMAS rəhbərləri ilə İsrail arasında müharibənin bürüdüyü Qəzza problemi müzakirə olunacaq, eyni zamanda İsrailin işğalı altında olan İordan çayının qərb sahilində səhiyyə sektoruna edilən hücumlar da əhatə olunacaq.

"Biz ÜST-yə səlahiyyət vermək və İsrail tərəfini tibb sektorunu hədəf almamağa çağırmaq istəyirik. Biz təzə tibbi ləvazimatlara yol vermək istəyirik" deyən səfir diplomatik missiyasının şura tərəfindən nəzərdən keçirilməsi üçün təklif hazırladığını əlavə edib.

"Bir fikir dünyanın hər yerindən daha çox həkim göndərməkdir", o qeyd edib və bir çox ölkənin bunu təklif etdiyini deyib.

"İşğal olunmuş Fələstin Ərazisi" üzv dövlət olmasa da, ÜST-də müşahidəçisidir və tərəfdarları vasitəsilə təşkilatda təsir gücünə malikdir.

İsrail bildirib ki, sessiya "çoxtərəfli arenada İsrailə qarşı ikili standartların və qeyri-mütənasib diqqətin" nümunəsidir.

Qəzzanın xəstəxanalarının yalnız bir hissəsi İsrailin bombardmanları və yanacaq çatışmazlığı səbəbindən fəaliyyət göstərir və hələ də fəaliyyət göstərənlər yeni yaralı dalğası ilə üzləşir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumat bazası göstərir ki, HƏMAS-ın İsrailə 7 oktyabr transsərhəd hücumundan sonra Fələstin ərazilərində səhiyyə müəssisələrinə 427 hücum olub. Məlumatda hücumlara görə kimin məsuliyyət daşıdığına toxunulmur.

İsrail HƏMAS-ı xəstəxanalar və digər mülki binaların içərisinə komanda mərkəzləri və silahlar yerləşdirərək, adi qəzzalılarından canlı qalxan kimi istifadə etməkdə ittiham edib. Baş nazir Benyamin Netanyahunun yüksək səviyyəli müşaviri deyib ki, İsrail bir həftəlik atəşkəsdən sonra Qəzzada döyüşlərin bərpası ilə əlaqədar mülki əhaliyə humanitar yardımın göstərilməsini asanlaşdıracaq.

ÜST həmçinin Qəzzada bombardmanlardan daha çox insanı öldürə biləcəyini və uşaqlar arasında ishal hallarının normal səviyyələrin təxminən 100 qatına yüksəldiyini deyərək, xəstəliyin yayılması barədə xəbərdarlıq edib.

BMT-nin humanitar təşkilatı OCHA bildirir ki, Qəzzanın 2,3 milyon əhalisinin 80%-i evlərini tərk edib.

ÜST-nin idarə heyəti 34 üzvdən ibarətdir və adətən illik assambleyasının gündəliyini müəyyən etmək üçün yanvarda toplanır. Üzvlük regional qruplar arasında bölünür və yer sahibləri arasında ABŞ, Qətər, Seneqal, Avstraliya və Çin var.

Forum

XS
SM
MD
LG