Accessibility links

Samir Kazımlı: Azərbaycanda siyasi məhbusların sayı artır


Samir Kazımlı
Samir Kazımlı

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi məhbus kimi tanınan şəxlərlə bağlı danışıb.

Amerikanın Səsi: AŞPA-nın 24 deputatı yenidən Azərbaycanda siyasi məhbus məsələsinə dair məruzəçi təyin edilməsi təşəbbüsü ilə çıxış edib. Əgər bu baş tutarsa siyası məhbus olduqları iddia olunan şəxslərin həbsdən azad olunmasına kömək edə bilərmi?

Samir Kazımlı: Bu suala cavab vermək üçün kiçik təcrübəyə qayıtmaq lazımdır. Azərbaycanda siyasi məhbuslarla bağlı bir neçə dəfə məruzəçilər olub. Eyni zamanda işçi qrupları olub. Onlar müəyyən mənada siyasi məhbusların azadlığa çıxmasına nail olublar. Amma bütövlükdə siyasi məhbus problemi həll olunmayıb. Bu baxımdan mən düşünürəm ki, yeni bir mexanizm tapmaq lazımdır. Siyasi məhbus üzrə məruzəçi yeni mexanizmlərlə gəlməlidir ki, bu məsələ tam aradan qalxsın. Əlbəttə hazırki dövrdə Azərbaycanda siyasi məhbusların siyahısı artır. Siyasi təqiblər artır. Hesab edirəm ki, siyasi məhbuslarla bağlı məruzəçənin olması vacibdir. Buna ehtiyac var.

Amerikanın Səsi: Azərbaycanda artıq on illərdir müxalifət və hüquq müdafiəçiləri siyası məhbus probleminin mövcudluğundan bəhs edir. Sizin bu məsələyə baxış bucağınız necədir?

Samir Kazımlı: Siyasi məhbuslar Azərbaycanda uzun müddətdir var. Bunun da yaranmasının səbəbi Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətdir. Azərbaycan hakimiyyəti uzun müddətdir ki, siyasi repressiyalara əl atır. Bu gün də əl artmaqdadır. Səbəb də odur ki, fərqli tənqidi düşüncələri eşitmək istəmir. Gələcəkdə özünə riskləri önləmək üçün insanları həbs edir ki, ölkədə qorxu mühiti yaransın. İndiki və gələcəkdə yaranan təhlükələrin qarşısını almaq üçün. Ona görə də siyasi məhbuslar var və hakimiyyət də bu siyasəti dəyişməyincə bu məsələ gündəmdə qalacaq. Azərbaycan hakimiyyəti şəffaf olmaqdan, insan haqlarını təmin etmək əvəzinə repressiya siyasətini seçir. Bu siyasətdə də insanları həbs etməkdən keçir.

Samir Kazımlı: Azərbaycanda siyasi məhbusların sayı artır
please wait

No media source currently available

0:00 0:05:09 0:00

Amerikanın Səsi: Ümumiyyətlə Azərbaycanda siyasi azadlıqlar nə dərəcədə təmin olunur?

Samir Kazımlı: Təmin olunmur. Son zamanlar “Siyasi partiyalar haqqında”, “Media haqqında” yeni qanuna edilən dəyişiklikləri misal çəkmək olar ki, qanunlar daha da mürtəceləşdi və mhdudlaşdırıldı. “Sərbəst toplaşmaq haqqında” qanunla bağlı məsələ aydındır. Uzun illərdir ki, buna imkan verilmir. İnsanlar sərbəst şəkildə fikirlərini deyə bilmir. Deyənlər də təqiblərə, təzyiqlərə, həbslərə məruz qalır. Beynəlxalq təşkilatların da hesabatlarında görünür ki, Azərbaycan bu məsələdə çox geridə qalır. O hesabatlardan öncə biz özümüz real yaşayırıq. Sonra onlar hesabatdan götürüb oxuyurlar.

Amerikanın Səsi: Azərbaycanda siyasi plüralistik mühitin bərqərar olması üçün nələr edilməlidir?

Samir Kazımlı: Beynəlxalq təşkilatlar bütün dialoqlarda insan haqları məsələsini əsas yerdə qoymalıdır. İstər bu enerji, istər təhlükəsizlik məsələsində insan haqları məsələsi həmişə prioritet məsələ olmalıdır. Azərbaycana qarşı çağırışların arxasında addımlar dayanmalıdır. Mexanizmlər həyata keçirilməlidir. Qətnamələr, bəyanatlarla kifayətlənməməlidir. Azərbaycan mediasına dəstək artırılmalıdır. Çünki media və vətəndaş cəmiyyətinin fəaliyyəti sıxışdırılıb. Yəni Azərbaycanda daxildə nə isə etmək çətindir. Çünki məhdudiyyətlər o qədər çoxalıb ki, burada ancaq beynəlxalq təşkilatlar daha çevik olmalıdırlar. Yeni mexanizmlər həyata keçirməlidirlər ki, bu proses aradan qalxmalıdır.

Qeyd: Bu Samir Kazımlının fikirləridir. Azərbaycan hakimiyyəti ölkədə bütün azadlıqların təmin edildiyini və siyasi məhbusların olmadığını bildirir. Dövlət rəgvərləri ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Bununla yanaşı, dekabrın 1-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Yeni siyahıya 254 nəfərin adı daxildir.

Siyahıya görə son iki ayda siyasi məhbus kimi tanınan şəxslərin sayı 19 nəfər artıb. Bundan öncə siyasi məhbus kimi tanınan şəxlərin sayı 235 idi.

Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Forum

XS
SM
MD
LG